Putindən müharibəyə GİZLİ HAZIRLIQ, üç gün sonra QARABAĞDA... – GÜNÜN SİYASİ XÜLASƏSİ

Putindən müharibəyə GİZLİ HAZIRLIQ, üç gün sonra QARABAĞDA... – GÜNÜN SİYASİ XÜLASƏSİ

Moskvada Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi müzakirə ediləcək. Azərbaycan və Ermənistan xarici işlər nazirləri fevralın 17-18-də keçiriləcək Münhen Təhlükəsizlik Konfransında görüşə bilər. Krımla bağlı Ağ Evdən verilən bəyanat Kremldə şok effekti yaratdı. “Soyuq müharibə”dən sonra ilk dəfə ABŞ hərbiçilərinin Rusiya sərhədinə gəlməsi ilə başlayan gərginlik davam edir. Moskva Ağ Evin Krım üzrə bəyanatlarına cavab verib.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın fevralın 20-21-də Moskvaya səfəri zamanı müzakirə olunacaq.

Azərbaycan və Ermənistan xarici işlər nazirləri fevralın 17-18-də keçiriləcək Münhen Təhlükəsizlik Konfransında görüşə bilər. Rəsmi Bakı hələ 2016-cı ilin dekabr ayında bu görüşə razı olduğunu açıqlamışdı. Lakin Ermənistan tərəfi görüşlə bağlı dəqiq cavab verməyib. Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova da Münhendə görüşün baş tutub-tutmayacağı haqda dəqiq məlumata sahib olmadığını açıqlayıb.

Kremlə yaxınlığı ilə seçilən rusiyalı politoloq Sergey Markov isə təhlükəli vəziyyətin yarandığını bildirib.
S. Markovun fikrincə, Münhen görüşündən sonra böyük hadisələr olacaq.

 

Kremlin adamı 3 gün sonra Qarabağda baş verəcək qorxulu SSENARİNİ AÇIQLADI

3 gün sonra Qarabağda nələr baş verəcək?

 

Fevralın 20-də Ermənistanın işğal olunmuş Azərbaycan torpaqlarında yaratdığı qondarma “DQR”-də “konstitusiya islahatları” ilə bağlı referendum keçiriləcək. Ermənistanın özünün belə tanımadığı qondarma “DQR”-də referendum keçirilməsi “prezident institutunun güclənməsi”nə hesablanıb.

Erməni politoloqları “DQR”-də keçiriləcək referendumu müharibə hazırlığı ilə əlaqələndirirlər.

Aleksandar İskandaryan deyir ki, Qarabağda yeni müharibə gözləniləndir.

 

Ermənilər referenduma qarşı: çaxnaşma olacaq və Azərbaycan Qarabağı azad edəcək

Ermənilər referenduma qarşı

 

ABŞ-dan hamını maraqlandıran QORXUNC İDDİA: Rusiya nüvə silahını gizlicə ORA YERLƏŞDİRİB ki...

Rusiya 1987-ci ildə imzalanan “Orta Mənzilli Nüvə Qüvvələr Anlaşması”nı pozaraq, uzun müddət ərzində nüvə raketlərindən birini gizli şəkildə aktivləşdirib. Bu barədə “The Nyu York Times” nəşri adını açıqlamadığı amerikalı rəsmilərə istinadən məlumat yayıb.

Nəşr yazır ki, Rusiya son bir neçə il ərzində təkmilləşdirdiyi SSC-8 nüvə başlığı daşıyan raket batareyasını Volqoqrad yaxınlığındakı “Kapustinq Yar” bazasından çıxarıb. Məlumata görə, raket batareyası ötən ilin dekabr ayında aktiv hərbi əməliyyatın keçiriləcəyi başqa bazaya aparılıb.

ABŞ kəşfiyyatının məlumatlarında Rusiyanın nüvə başlıqlı raket batareyasını sınaqdan çıxarmaq niyyətində olduğu deyilir.

Pentaqonun sözçülərindən Laura Seal da bildirib ki, Rusiyanın anlaşmanı pozması araşdırılmalıdır.

“Soyuq müharibə”dən sonra ilk dəfə ABŞ hərbiçilərinin Rusiya sərhədinə gəlməsi ilə başlayan gərginlik davam edir. ABŞ-ın bu addımına Rusiya quruda və dənizdə “əzələ nümayişi” ilə cavab verib.

 

ABŞ-Rusiya müharibəsi başlayır: Putin əmr verdi, tanklar DƏNİZƏ GİRDİ - FOTO/VİDEO

ABŞ-Rusiya müharibəsi başlayır

 

ABŞ prezidenti Donald Trampın seçki kampaniyasının üzvləri Rusiya kəşfiyyatının yüksəkvəzifəli məmurları ilə əlaqədə olublar. Bu haqda mənbələrə istinadən “The New York Times” nəşri yazıb.

Nəşr qeyd edir ki, əlaqələri telefon söhbətlərinin yazıları və ələ keçirilmiş zənglər sübut edir. Onlardan birinin sözlərinə görə, Amerika hüquq-mühafizə orqanları və xüsusi xidmət orqanları zəngləri təxminən eyni vaxtda yaxalayıblar.

 

Putinin adamlarının gizli əlaqələri İFŞA EDİLDİ

Mənbələr telefon söhbətlərində nələrin danışıldığının bildirməyiblər.

 

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ağ Evin Krım üzrə bəyanatlarını şərh edib. Zaxarova Moskvanın “öz əraziləri”ni qaytarmadığını deyib.

“Biz öz ərazilərimizi qaytarmırıq. Krım Rusiya Federasiyasının ərazisidir”, - o vurğulayıb.

Daha əvvəl Ağ Evin mətbuat katibi Şon Spayser bildirib ki, ABŞ prezidenti Donald Tramp Rusiyanın Ukraynanın şərqindəki vəziyyəti normallaşdıracağını və Krımı bu ölkəyə qaytaracağını gözləyir. O, qeyd edib ki, sanksiyalar barəsində Vaşinqtonun siyasəti dəyişməz qalacaq.

Amerika rejissoru Maykl Mur isə ABŞ prezidenti Donald Trampa istefa verməsi üçün vaxt qoyub. Rejissor Tvitter səhifəsində yazdığı statusunda Trampı Ağ Evi könüllü şəkildə tərk etməyə çağırıb. Rejissor bildirib ki, əks halda Tramp barəsində impiçmentə təşəbbüs ediləcək.

“Donald Tramp, indi Vaşinqtonda günortadır və deyəsən, sən hələ bizim Oval kabinetimizdə oturursan. Mən sənə getmək üçün səhərə qədər vaxt verirəm”, - o yazıb.

Maykl Mur növbəti mesajında əlavə edib ki, bunu yaxşılıqla etmək olar: “Sən ya istefaya gedəcəksən, ya da impiçment olacaq".

Mur daha əvvəl Donald Trampla keçmiş prezident, kiçik Corc Buşun ABŞ-ın milli təhlükəsizliyi ilə bağlı yanaşmalarını müqayisə edib. Rejissor xəbərdarlıq edib ki, Trampın prezidentliyi dövründə ABŞ-da böyük terror aktı törədilə bilər.

Qeyd edək ki, Maykl Mur kəskin sosial və siyasi satira janrında filmlər çəkir. Mur öz işlərində kapitalizm, qloballaşma, meqakorporasiyalar, neoliberalizm və ABŞ-ın Respublikaçılar Partiyasını tənqid edir. Onun “Farenqeyt 9/11” sənədli filmi daha çox maraq doğurub. Filmdə tənqid hədəfi ABŞ-ın keçmiş prezidenti, kiçik Corc Buşdur. Burada yalnız ABŞ xalqı üzərində oynanılan oyunlar deyil, eyni zamanda dünya üzərində icra edilən qaranlıq fəaliyyət açıq şəkildə dilə gətirilir. Filmin qiymətini artıran əsas məqam heç bir iddianın dəlilsiz olmamasıdır.

Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Mayk Pompeo ilə Fələstin Prezidenti Mahmud Abbasın gizli şəkildə görüşdükləri iddia edilir. İddialara görə, görüşdə siyasi məsələlərdən danışılıb və təhlükəsizlik tədbirlərinin gücləndirilməsinin vacibliyi vurğulanıb. Müzakirəyə Fələstinin kəşfiyyat generalı Məcid Fərəcin də qatıldığı bildirilir.

Görüşün Netanyahu-Tramp görüşündən əvvəl baş tutması diqqət çəkir.

Ağ Evin yüksək vəzifəli nümayəndəsi isə jurnalistlərə açıqlamasında bildirib ki, ABŞ Yaxın Şərq probleminin nizamlanmasında “iki dövlət” prinsipində təkid etməyəcək.

“İki dövlət prinsipi sülhə gətirib çıxarmır. Bu, kimlərinsə nail olmaq istədiyi məqsəd deyil. Məqsəd – tərəflərin iki dövlət prinsipi və ya digər istəkləri əsasında əldə olunacaq sülhdür və biz onlara bu məsələdə yardım etmək niyyətindəyik. “İki dövlət” prinsipinin özü heç də aydın deyil. “Əgər “iki dövlət” prinsipi əsasında həll variantının nə demək olduğunu beş nəfərdən soruşsanız, səkkiz fərqli cavab alarsınız. Bizim sülhün şərtlərini diktə etmək fikrimiz yoxdur”, - deyə Ağ Evin yüksək vəzifəli nümayəndəsi bildirib.

Qeyd edək ki, bu vaxtadək ABŞ münaqişənin həlli məsələsində bölgədə iki suveren dövlətin – İsrail və Fələstinin yaradılması prinsipinə əsaslanıb.

Bu gün İsrailin baş naziri Benyamin Netanyahu Vaşinqtonda ABŞ prezidenti Donald Trampla danışıqlar aparacaq.

Qərb bir sıra müdafiə sahələrində lider mövqeyini itirib və “ekspedisiya aviasiyası”nın istifadəsində artıq monopoliyaya malik deyil. Bu haqda Beynəlxalq Strateji Tədqiqatlar İnstitutunun London bölməsi tərəfindən 2016-cı illə bağlı hazırladığı məruzədə deyilir.

Məruzədə qeyd edilir ki, paralel olaraq, bir çox ölkələr hərbi sənaye sahəsində ciddi irəliləyişə nail olublar. Təşkilat Rusiya, İsrail, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Türkiyə kimi ölkələrin adlarını çəkib.

ABŞ 2016-cı ildə də müdafiə sahəsinə ayrılan vəsaitə görə liderliyinin saxlayıb.

Dünyanın super hərbi gücü ötən il müdafiəyə 604,6 milyard dollar ayırıb. Digər ölkələr isə siyahıda aşağıdakı kimi qərarlaşıb.

 

Qərbin hegemonluğuna son qoyuldu: Türkiyə, Çin və Rusiya... - FAKTLAR

Təşkilat Rusiya, İsrail, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Türkiyə kimi ölkələrin adlarını çəkib.

 

Şimali Koreya Xalq-Demokratik Respublikasının lideri, diktator Kim Çen Inın böyük qardaşı Kim Çen Namın qətlində şübhəli bilinən qadınlardan biri saxlanılıb. Malayziyanın “Malaysia Daily” nəşrinin məlumatına görə, daha əvvəl taksi sürücüsü həbs edilib. Qətldə şübhəli bilinən qadınları Kuala-Lumpur aeroportuna onun gətirdiyi bildirilir. Nəşr qeyd edir ki, həbs edilən qadın vyetnamlıdır. Polis ikinci qadını və daha dörd kişinin axtarışını davam etdirir.

Malayziya polisinin tezliklə Kim Çen Namın ölümü ilə bağlı bəyanat verəcəyi gözlənilir. Kuala-Lumpur xəstəxanasında məhkəmə tibb ekspertləri işini davam etdirir. Tibb məntəqəsinə Koreya Xalq Demokratik Respublikasından diplomatlar dəvət edilib.

Qeyd edək ki, Koreya Xalq Demokratik Respublikasının (Şimali Koreya) lideri Kim Çen Inın qardaşı dünən Kuala-Lumpur aeroportunda öldürülüb. Onu öldürən qadınların Şimali Koreyanın xüsusi xidmət orqanlarına işlədiyi təxmin edilir.






Fikirlər