Xanımı İsa Qəmbərin yubileyini belə TƏBRİK ETDİ
Müsavat Partiyasının sabiq başqanı, Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbərin yubileyidir. Modern.az-ın məlumatına görə, İsa Qəmbərin xanımı Aida Qənbər həyat yoldaşını 60 yaşı tamam olması münasibətilə sosial şəbəkədə belə təbrik edib: “Həyatımın ən önəmli, ən istəkli adamı – İsa Qəmbərin bu gun yubileyidi - 60 yaşı tamam olur. Bu tarixin yarısından bir az çoxunu bir yerdəyik. Ömür vəfa etsə, hələ çox illər birgə addımlamaq istərdim, çünki onunla olmaqdan zövq alıram, hələ doymamışam. İsa – mənim dostum, həmsöhbətim, dayağım, arxamdı, mənə ruh verən, bəzən yol göstərən, məslətlərini əsirgəməyən - bir sözlə həyatımı bütöv edən kişidi. Sag ol, var ol, əzizim”. 1979-82-ci illərdə Azərbaycan EA Naxçıvan Elm Mərkəzində, 1982-90-cı illərdə Şərqşünaslıq İnstitutunda kiçik elmi işçi, elmi işçi vəzifələrində çalışıb. Geniş ictimaiyyət tərəfindən 1985-ci ilin yanvarından Zori Balayanın "Ocaq" kitabına yazdığı cavabla bağlı tanınsa da, fəal siyasətə 1988-ci ildən qoşulub. "1978-79-cu illər İran inqilabı" mövzusunda dissertasiya işi yazıb. AXC-nin yaradıcılarından biri, ilk İdarə Heyətinin üzvü, 1990-91-ci illərdə AXC təşkilat şöbəsinin müdiri, sonra sədr müavini olub. 1990-cı ildə xalq deputatı seçilib. 1992-ci ilin may ayında Ali Sovetin sədri seçilib. 1992-ci il may-iyun aylannda Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini icra edib. 1992-ci ilin noyabr ayında Müsavat Partiyasının başqanı seçilib. Hazırda Milli Strateji Düşüncə Mərkəzinin sədridir. Evlidir, iki oğlu var. AzerTaym.az
İsa Yunis oğlu Qəmbər 24 fevral 1957-ci ildə Bakı şəhərində anadan olub. 1979-cu ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Tarix fakültəsini bitirib.
2003-cü ildə “Bizim Azərbaycan” blokunun prezident seçkilərində vahid namizədi olub.
İsa Qəmbər Müsavat Partiyasının 27.09.2014-cü il tarixində keçirilən qurultayında başqanlıqdan gedib.