26.09.2014 - İsa Qəmbər bu gün vidalaşır

26.09.2014 - İsa Qəmbər bu gün vidalaşırİsa Qəmbər bu gün sentyabrın 26-da Müsavat başqanı kimi sonuncu mətbuat konfransını keçirəcək.
Başqanın müavini Gülağa Aslanlı bildirib ki, İsa Qəmbər mətbuat konfransında partiyanın 27 sentyabr qurultayı haqda sualları cavablandıracaq: “Jurnalistlərdən qurultayla bağlı xeyli müraciət alırıq. İsa Qəmbər bütün suallara cavab verəcək. Mətbuat konfransı saat 12-də partiya qərargahında olacaq”.

Müsavat Partiyası sentyabrın 27-də Əmircan qəsəbəsindəki Səttar Bəhlulzadə adına mədəniyyət evində səkkizinci qurultayını keçirəcək. Qurultayda yeni başqan seçiləcək. Başqanlığa dörd namizəd var. Bunlar Arif Hacılı, Qubad İbadoğlu, Tural AbbaslıSəxavət Əlisoydur.

İsa Qəmbər 1957-ci ildə doğulub. Fəal siyasətə 1988-ci ildən qoşulub. Milli azadlıq hərəkatının liderlərindən biridir. 1992-93-cü illərdə Milli Məclisin sədri olub. 1992-ci ildən Müsavat Partiyasının başqanıdır. 1992-ci ilin noyabrında Bakıda keçirilən bərpa qurultayında partiya başqanı seçilən İsa Qəmbər 1995, 1997, 2001 və 2006-cı illərdə keçirilən qurultaylarda da başqan postuna təsdiqlənib.
2001-ci ildə Müsavatın nizamnaməsinə edilmiş dəyişiklik eyni şəxsin iki müddətdən artıq başqan seçilməsini yasaqlayır və beləliklə, sentyabrın 27-də keçiriləcək 8-ci qurultayda İsa Qəmbər başqanlığa namizədliyini verməyib.






Fikirlər