Vakuum mərmilərlə dolacaq: Qarabağda YAZ MÜHARİBƏSİ BAŞLAYIR

Vakuum mərmilərlə dolacaq: Qarabağda YAZ MÜHARİBƏSİ BAŞLAYIR

Çoxları bu ilin yazında Dağlıq Qarabağ münaqişəsi zonasında müharibənin olacağını gözləyir. Çünki ötən ilin “aprel müharibəsi”ndən sonra nizama salınma prosesində irəliləyiş yoxdur və diplomatiya heç bir naliyyətə imza atmayıb”.

Publika.az xəbər verir ki, bu barədə “Karneqi” fondunun Cənubi Qafqaz üzrə eksperti, britaniyalı konfliktoloq Tomas de Vall Ermənistan mediasına müsahibəsində deyib.
Onun sözlərinə görə, münaqişə tərəflərində qəzəb və məyusluq var: “Bu vəziyyət münaqişə zonasında genişmiqyaslı müharibəni hər an başlada bilər. Qarabağ münaqişəsində vakuum əmələ gəlib. Bu boşluq ya diplomatik danışıqlarla, ya da mərmilərlə dolacaq. ABŞ və Fransa ATƏT-in Minsk qrupunun həmsədrləri kimi passivdirlər və belə təəssürat yaranır ki, Rusiya yeganə vasitəçidir”.
Tomas de Vall hesab edir ki, Rusiyada Qarabağ münaqişəsinə müxtəlif yanaşmalar var.
“Rusiya münaqişənin həllində ən nüfuzlu vasitəçidir, lakin eyni zamanda tərəflərə silah satır. Hesab edirəm ki, Rusiyanın təhlükəsizlik orqanları mövcud status-kvonun və münaqişə tərəfləri arasındakı tarazlığın saxlanılmasında maraqlıdır. Rusiya xarici işlər naziri Sergey Lavrov isə münaqişənin nizama salınmasını istəyir. İnanır ki, sülh formulu tapıla bilər və Rusiyanın təsir imkanları genişlənər. Rusiya bir tərəfdən silahlandırma ilə müharibə ehtimalını artırır, digər tərəfdən, mümkün müharibədə özü üçün təhlükələr yaradır. Çünki Rusiya müharibədə tərəflər arasında seçim etməlidir, hansı ki, bu, onun maraqlarına uyğun gəlmir. Qısası, Rusiyanın bu münaqişədə müxtəlif maraqları var və bu maraqları sülh prosesinə mane olur. Buna görə də başqa beynəlxalq oyunçu prosesə daxil olmalıdır”, - deyə ekspert vurğulayıb.






Fikirlər