Mətbuat katiblərini mediadan narazı salan SƏBƏBLƏR: “Hər əli qələm tutan YURNALİST DEYİL”
Gör, amma görməzdən gəl... Rahatlığı təmin etmək adına bəzi problemləri gözardı etmək mümkündür. Amma cəmiyyətin aynasına gözübağlı baxmaq?... Zaman-zaman Azərbaycan mediasının bugünki durumu müzakirə obyekti olur. Təbii ki, problemlərin öhdəsindən gəlmək üçün əvvəlcə onu gün üzünə çıxarmaq lazımdır. Biz də mediamızın hazırkı problemlərini müzakirə masasına yatırdıq. Müxtəlif dövlət qurumlarının mətbuat katibləri “Azərbaycan mediasının problemləri” mövzusunda fikirlərini Modern.az-la bölüşüblər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev düşünür ki,bu günjurnalistikanın problemlərindən biri bu və ya digər mənbədən ötürülmüş informasiyanın ətraflı araşdırılmadan necə gəldi informasiya məkanına təqdim edilməsidir: “İlk növbədə mətbuat adamı, jurnalistika sahəsində çalışmış bir şəxs olaraq onu vurğulamaq istərdim ki, milli mediamızda müsbət yeniliklər, işıqlı cəhətlər, müasir yanaşmalar, mövzu və publisistika orijinallığı, yeni və istedadlı dəst-xətt kimi hallar sevindiricidir. Eləcə də milli mətbuatımızda “Əkinçi”dən üzü bəri həmişəyaşar ənənələrə, məram və prinsiplərə, obyektivliyə və milli ləyaqət hissinə əsaslanan jurnalistikanın şahidi olmaq qürurvericidir. Elman Babayevin fikrincə, bəzi jurnalistlərin işlədikləri mövzu ilə bağlı bilik, məlumatlılıq səviyyəsi çox aşağıdır: “Digər problem ondadır ki, bir çox jurnalistlər heç özləri mətbuatı, media gündəmini yetərincə izləmir və sadəcə olaraq bir-birlərinin yazılarını oxumurlar. Məsələn, görürsən ki, bir jurnalistin bu gün göndərdiyi sualların cavabları artıq bir neçə gün öncə mətbuatda geniş şəkildə işıqlandırılmış məlumatla əksini tapıb, lakin onun bundan xəbəri yoxdur. Bəzi jurnalistlərin işlədikləri mövzu ilə bağlı bilik, məlumatlılıq səviyyəsi çox aşağıdır. Buna baxmayaraq, həmin mövzuya dair dolğun biliyə sahib olmaq istəkləri də azdır. Nəticədə bu, qeyri-peşəkarlığa, diletantlığa gətirib çıxarır. Ona görə də, məncə, həmişə mötəbər peşələrdən biri kimi seçilən jurnalistika sahəsində uğurlu fəaliyyətin əsasında daim öyrənmək, mətbuat prinsplərinə hörmət, peşə etikasına riayət etmək kimi vacib prinsiplər dayanmalıdır”. Dövlət Dəniz Administrasiyasının mətbuat xidmətinin rəhbəri Tural Museyibov Azərbaycan mediasının problemlərindən danışarkən televiziya jurnalistikasına xüsusilə toxunub: “Problemlər mövcuddur. Mən isə ümid edirəm ki, daha da inkişaf edəcək. Bu fikrim istər televiziya, istər yazılı və istərsə də elektron informasiya vasitələrinə aiddir. Mən bildiyiniz kimi 1998-2006-cı illərdə “Space” TV-də “Xəbərlər departamenti”nin xəbər aparıcısı və müxbiri olaraq çalışmışam. Bəlkə də buna görə ilk yanaşmam televiziya ilə bağlı olacaq. Bu gün təəssüf ki, efirdə nitqi təmiz, oxuduğu xəbərin mahiyyətindən xəbərdar olan, monitor və kameralarla işləməyi bacaran, suflyora adi texniki avadanlıq kimi baxmayan, Azərbaycan dilində düzgün danışa bilən, təqdimatı düzgün edə bilən aparıcılar görməkdə çətinlik çəkirəm. Digər verilişlərin aparıcıları da çox ciddi qüsurlarla verilişləri təqdim edirlər. Belə görsənir ki, artıq nəinki, öyrənmək istəyən, deyəsən öyrətmək istəyən yoxdur. Bizim televiziyada çalışdığımız dövrdə səsi qulağa yatımlı olmayan şəxslər mətn oxuya bilməzdi. Reportajları yazsa belə, montaj zamanı süjeti onların səsləndirməsi qadağan edilirdi. Nitqi qüsurlu olan kəs öz üzərində işləyirdi. Kanalın kommersiya maraqlarını təmin edən verilişlər belə, xüsusi çərçivəni çıxmadan efirə yol tapırdı. Bu gün isə belə deyil. Bu səbəbdən də televiziyalar tamaşaçı itkisi ilə üzləşiblər. Bu da bizləri vadar elədi ki, xəbərləri internet xəbər saytlarında axtaraq. Nəticədə saytlar daha çox inkişaf eləməyə başladı. Və xəbər arzusunda olanlar daha operativ xəbər ötürən medianı oxumağa başladı”. Çünki Cənab Prezident, Zati - aliləri İlham Əliyevin şəxsən mətbuata diqqəti və qayğısı göz önündədir. Mətbuatda gedən tənqidlərə görə, məmurlara qarşı dövlət başçısının dəfələrlə göstərdiyi sərt reaksiyalar hər kəsə bəllidir. Və bu cür tənqidi yazılar və Prezidentin sərt reaksiyasından sonra əldə edilən uğurlu nəticə də heç kəsə sirr deyil. Tənqid və nəticə. Dövlətin bu sahədə mətbuata verdiyi dəstək sevindiricidir. Amma gərək jurnalistlər də ləyaqət və şərəflə işinin öhdəsindən gələ. Televiziyada belə bir fikir var idi. Kameranın düyməsini sıxan hər kəs operator, hər mikrafon tutan da reportyor deyil. Məncə hər əli qələm tutan da jurnalist ola bilməz. Nəsimi Paşayevin fikrincə, hər bir media qurumu və jurnalist özünü qiymətləndirməyi bacarmalıdır: “Nədənsə hər kəs iddia edir ki, oxunmaq üçün mütləq başlıq konteksdən çıxarılmalıdır, münaqişə yaradılmalıdır və sair. Hətta iddia edilir ki, oxucu bunu tələb edir. Məncə bu yanlış yanaşmadır. Bütün bunlara baxmayaraq, Azərbaycan mediasında kifayət qədər ciddi və peşəkar jurnalistlərimiz var. Mənə görə hər bir media qurumu, hər bir jurnalist özünü qiymətləndirməyi bacarmalıdır”. Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev bildirib ki, hazırkı Azərbaycan mediasının ən böyük problemi jurnalistlərin məlumatsızlığıdır:
Belə jurnalistika ocağına çevrilmiş media orqanlarımız, istedadlı və həm də işgüzar, həmişə yaradıcılıq axtarışında olan, təqdim etdiyi hər bir mətbu materialın ictimai önəmini, aktuallığını düşünən, işlədiyi hər mövzuya ilk növbədə obyektiv və vicdanlı mövqedən yanaşan həmkarlarım az deyil. Belə jurnalistlərin sorğularını cavablandırmaq bizim üçün də maraqlı olur.
Bununla belə, bütün fəaliyyətini əsassız və həqiqətdən uzaq, ucuz sensasiyalar üzərində quran və bununla da auditoriya qazanmaq istəyən, ciddi mövzulardan uzaq olan, toxunduğu mövzuların cəmiyyət üçün gərəkliyini nəzərə almadan və heç bir təhlil süzgəcindən keçirməyən media “nümunələri”nin də olması təəssüf doğurur. Jurnalistikamızın problemlərindən biri də bir çox hallarda bu və ya digər mənbədən ötürülmüş informasiyanın ətraflı araşdırılmadan, əsaslı olub-olmadığı yoxlanılmadan, dəqiqləşdirilmədən, necə gəldi informasiya məkanına təqdim edilməsidir”.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova balansı qorumayan media işçilərinin böyük problemlərə səbəb olduğunu deyib:
“Azərbaycan mediasında bu gün peşəkarların sayı çox olduğu kimi, əfsuslar olsun ki, qeyri-peşəkarlar da var. Mənim bəxtim onda gətirib ki, həmişə peşəkar və tanıdığım jurnalistlərlə işləmişəm. Ən azından o jurnalistlər mənə nə sual verdiklərini və hansı cavab almaq istədiklərini çox gözəl bilirlər. Ona görə də bizim onlarla işbirliyimiz çox gözəl alınır. Araşdırmadan sual verən, birtərəfli xəbər yazan media işçiləri özləri də düşünmədən böyük problemlərə səbəb olurlar. Mən artıq 10 ildir ki, Gənclər və İdman Nazirliyində işləyirəm. Deyə bilərəm ki, həm gənclər, həm də idman sahəsində gözəl komanda ilə əməkdaşlıq edirik”.
Tural Museyibov bəzi saytların dövlət məmurlarını cəmiyyətə az qala cinayətkar qismində təqdim etdiyini qeyd edib:
“Təəssüf ki, zamanla bu sahədən başqa məqsədlər üçün istifadə edənlər tapıldı və "reket" saytlar formalaşmağa başladı. Çoxlarının da aqibəti bəllidir. Burada narahat edici amil odur ki, bu saytlarda dövlət məmurları cəmiyyətə az qala cinayətkar qismində təqdim edilir. Bu tip saytlara və onların məlum olmayan, daim gizli qalan mənbələrinə inansaq, bizim məmurlar işləmir və ancaq rüşvət almaqla məşğuldurlar. Bu cür yazılar və əsassız yönləndirmələr xoşagəlməz nəticələrə səbəb ola bilər. Və məncə bu kəslər də zamanın ələyində ilişib qalmalı olacaqlar. İş fəaliyyətini həqiqətən tənqid edən yazılar görsə, inanın məmur da bu nöqsanın aradan qaldırılması üçün vacib addımlar atar.
Mənim şəxsən mətbuatla problemim yoxdur. Aidiyyatı üzrə ünvalanan sualları deyərdim ki, günün istənilən saatında operativ cavablandırmağa çalışıram. İstər telefonla, istər Facebook vasitəsilə. Və ümidvaram ki, jurnalist həmkarlarım da bunu təsdiq edər. Mətbuata, jurnalistikaya bağlıyam və hər kəsə uğurlar arzu edirəm ”.
"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bu gün Azərbaycanda cibinə xidmət edən kifayət qədər media qurumunun olduğunu deyib.
“Hər sahənin yaxşısı, pisi, müsbəti, mənfisi olduğu kimi, mediada dda belədir. Bilirsiniz ki, hamı jurnalist ola bilər, deyə bir fikir var. Ola bilər, normaldır. Mənim üçün yaxşı jurnalist, pis jurnalist var. Yəni peşəkar və qeyri-peşəkar. Burada söhbət təcrübəsizlikdən getmir. Söhbət işini sevməkdən, jurnalistikanın prinsiplərinə, etik kodeksə riayət etməkdən, hansısa məqsədlər uğruna bu qaydaların pozulmamasından gedir. Bu gün Azərbaycan mediasında şəxsi ambissiyalarına, cibinə xidmət edən kifayət qədər media qurumu var. Bu əvvəllər də olub, ancaq indi forma dəyişdirib. Sadəcə, bizdə deyil, başqa ölkələrdə də var”.
“Azərbaycan Dəmir Yolları” QSC-nın mətbuat xidmətinin rəhbəri Sevinc Qədirova da məsələyə münasibət bildirib:
“Hazırda Azərbaycan mediasının ən böyük problemi mövzunu tam anlamadan reytinq xatirinə yazılan xəbərlərdir. Əslində jurnalistlərlə münasibətim yaxşıdır. Lakin bəzən “reket jurnalistlər”lə də rastlaşırıq. Nəticə olaraq bir-birimizi anlamaqda çox çətinlik çəkirik. Buna baxmayaraq, qeyri-peşəkar jurnalistlərə önəm vermirəm. Mənim üçün əsas peşəkar jurnalistlərlə iş birliyidir”.
“Artıq 20 ildən çox müddətdir ki, mətbuat xidmətinin rəhbəri vəzifəsindəyəm. Təbii ki, biz jurnalistlərlə səmimi və qarşılıqlı anlaşma şəklində münasibət qurmağa çalışırıq. Düzdür, Kənd Təsərrüfatı Nazirliyi olaraq biz hansı saytların daha dəqiq olduğunu və cəmiyyəti maraqlandıran məsələlərə yer verdiyini müəyyənləşdiririk. Belə media qurumları ilə əməkdaşlıq etməyə daha çox üstünlük veririk. Son vaxtlar aqrar sahə üzrə dövlət başçısı tərəfindən qarşımıza mühüm vəzifələr qoyulub və müəyyən istiqamətdə işlər aparılır. Bu baxımdan biz Modern.az, “Qafqazinfo”, AZƏRTAC, Lent.az, APA, Trend kimi informasiya agentlikləri və portallarla əməkdaşlığa önəm veririk. Bu gün Azərbaycanın media məkanında kifayət qədər sayt fəaliyyət göstərir. Təəssüf ki, qeyri-peşəkar jurnalistlərlə də çox qarşılaşırıq. Hazırkı Azərbaycan mediasının ən böyük problemi jurnalistlərin məlumatsızlığıdır. Aqrar sahə spesifik bir sahədir. Bu sahə üzrə jurnalistlərin müəyyən biliyi olmalıdır ki, sual verəndə çətinlik çəkməsinlər. Cəmiyyətdə maraq doğuran məsələlərə önəm versinlər”.