Varlılar siyahısında neçənciyik? - Bu sayt varlı olub-olmadığımızı BİZƏ DEYƏCƏK

Varlılar siyahısında neçənciyik? - Bu sayt varlı olub-olmadığımızı bizə deyəcək

Siz əldə etdiyiniz gəlirlə dünya sıralamasında neçənci olduğunuzla heç maraqlanmısınız? Publika.az xəbər verir ki, Global Rich List, sizə bu mövzuda kömək edən bir web saytdır.

Sayta daxil olduğunuz zaman qarşınıza sadə bir interfeys çıxır. Sol hissədəki "income” yazılı hissəyə daxil olduğunuzda əvvəlcə "select location”dan istədiyiniz ölkə və valyutanı seçin (Azərbaycan və AZN olmadığı üçün USD-dən istifadə edə bilərsiniz). Daha sonra da alt hissədə illik gəlirinizi yazmalısınız. Ən son isə "Show my results”, yəni "nəticələrimi göstər" qisminə daxil olaraq dünya sıralamasında neçənci yerdə olduğunuzu görə bilərsiniz.






Fikirlər