Qalmaqallı "Yoxlama" verilişi "Kolorit"də - biabırçı vəziyyət (VİDEO)
ATV-nin yoxlama verilişi Bakının daha bir məşhur restoranında çəkiliş aparıb. Bundan başqa mətbəxin həddindən artıq kiçik olması, yeməklərin gigiyenik normalara uyğun olmayan şəkildə saxlanması kameralardan yayınmayıb. Restoran əməkdaşları bu vəziyyəti müdafiə etməyə çalışsalar da, özlərinə haqq qazandıra bilməyiblər. Videonu izləmək üçün şəklə klikləyin:
AzerTaym.az baku.ws-ə istinadən xəbər verir ki, Azər Zahidin aparıcılığı ilə yayımlanan verilişin çəkiliş komandası "Kolorit" restoranında olub. Restoranın mətbəxində çəkiliş aparan veriliş heyəti qarşılaşdıqları mənzərə qarşısında şok keçirib. Mətbəx natəmizliyi ilə diqqət çəkib.
Son olaraq restoran rəhbərliyinə qüsrlar haqqında məlumat verilib. Cavabında yaxın zamanda bu nöqsanların aradan qaldırılacağına restoran rəhbərliyi söz verib.