Spiker: “Ay Zahid, heç qorxağa OXŞAMIRSAN!”

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” qanun layihəsi müzakirə olunur.

Teleqraf.com xəbər verir ki, müzakirələrdə çıxış edən millət vəkili Zahid Oruc deputat mandatından məhrumolma maddəsinə etirazını bildirib:Əgər deputat mandatını itirəcəksə, bu o deməkdir ki, biz məhkəmənin səlahiyyətlərini mənimsəyirik. Nəzərə alaq ki, bizdə ikipalatalı parlament yoxdur. Biz məhkəmənin qərarı ilə səlahiyyətlərimizə başlayırıq, məhkəmənin qərarı ilə də səlahiyyətlərimizə xitam verilə bilər”.

Z.Oruc xarici ölkələrdən də nümunə gətirib:Gürcüstanda on gün bundan əvvəl kimsə qələmlə başqasının başını zədələmişdi, ancaq onu tərbiyəsizlikdə günahlandırmadılar. Bir sıra ölkələrdə qanun yoxdur, amma inkişaf yüksək səviyyədədir. İndoneziyada bununla bağlı qanun var, amma dünyada inkişaf səviyyəsinə görə 88-ci yerdədir. Etika təkcə davranış demək deyil, xalqın içinə getmək, mikrafonu boş qoymamaqdır və s.

Deputat parlament üzvünün etikaya görə cəza modelini hansısa zavod işçisinin cəzalandırılması ilə eyniləşdirməyi düzgün saymadığını söyləyib: “Bu, parlamentdə qorxaqlığa, özünüsenzuraya səbəb olacaq”.

Spiker Oqtay Əsədov isə Zahid Orucun fikirlərinə belə cavab verib:Ay Zahid, heç qorxağa oxşamırsan! Hər zaman da danışırsan”.

AzerTaym.az






Fikirlər