Spiker: “Zahid Oruc, 5 dəqiqə vaxt verirəm”

Картинки по запросу zahid oruc və oktay əsədov  

Milli Məclisin bu gün keçirilən iclasında “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Zahid Oruc vaxt azlığından şikayətlənib.

AzerTaym.az-ın xəbərinə görə, Deputat bildirib ki, çıxış üçün vaxt 10 dəqiqə nəzərdə tutulub, amma sonradan bu, 5 dəqiqəyə endirilib: “Ona görə də mən geniş danışa bilmirəm. Müəyyən tezizlərim var ki, onlara toxuna bilməyəcəm”.

Milli Məclisin sədri Oqtay Əsədov Z.Oruca cavab verib: “Sənə əlavə 5 dəqiqə də vaxt verirəm. Danış”






Fikirlər