Səddam Hüseynin SEVGİLİSİ nələrdən DANIŞDI- Pərisulanı...
Doktor Cerald Post ABŞ siyasətində, Ağ Evdə insan psixologiyası üzrə aparıcı mütəxəssisdir. Dövlət sifarişləri əsasında xarici ölkə başçılarının psixoloji portretini ilk olaraq o yaradır. Sonra bu qalın dosyeləri ötürür dövlət başçılarının masası üzərinə. 20 ildən çox müddətdə o, Mərkəzi Kəşfiyyat İdarəsində “Psixoloji portret” şöbəsinə başçılıq edib. Səddam Hüseyn rejimi ilə sürtüşmə yarandığı vaxt ABŞ rəhbərləri yenə də öz sifətlərini ilk olaraq Cerald Posta tərəf çevirirlər. Lal baxışları ilə deyirlər: “Nə edək ey bu Cerald Post deyir cavabında: “Səddamı taxtan salmağın qədim bir üsulu var. Gərək Səddamın başına az məbləğdə pul mükafatı təyin edək. Tutaq ki, yüz min, iki yüz min dollar. Bu, onu öz ölkəsində xeyli hörmətdən salacaq” Təklif, özünü tezliklə doğruldur. Səddamın Ərəbistandakı reytinqi sürətlə aşağı yuvarlanır...yuvarlanır...Axır, onun həbsi, sonrakı vəhşi edamı ilə nəticələnir. Yaxşı, kim idi axı bu Səddam? Niyə indiyədək onun qalın kölgəsi Yaxın Şərq üzərindən hələ də çəkilmir? Niyə onun acı taleyini indi bu və ya digər şəkildə bir çoxları, xüsusən ərəb prezidentləri bir-bir təkrarlayır? Gəlin bu tarixi fiqurla indi yaxından tanış olaq. Gərək haranın, hansı yuvanın qərib quşu olub bu Səddam Hüseyn. DOĞUM TARİXİ: 28 aprel 1937. Doğumundan altı-yeddi ay əvvəl yoxsul atası dünyasını dəyişib. 12 yaşlı qardaşı xərçəng xəstəliyindən vəfat edib. Anası Sübhə bütün bunların səbəbini bətnindəki Səddamda görüb. İstəyib abort edib bu bədlikdən canını qurtarsın. Abort alınmayıb. Sübhə qərara gəlib intihar etsin. Boynuna kəndir keçirərək, özünü Dəclə çayına atıb. Ancaq intihar səyləri uğursuz olub. Məcbur qalıb bətnindəki Səddamı dünyaya gətirməyə.
ATALIQLARI: Qəribədir, Səddamı doğduqdan sonra anası deyilənə görə onun üzünə belə baxmaq istəməyib. Köməyə dayısı Heyrullah Tülfah gəlib. Körpə Səddamı sinəsinə sıxaraq üç il yağ-bal içində bəsləyib. Ancaq tezliklə bu xoş günlərə tale öz qara nöqtəsini qoyur-yazıq Heyrullahı Britaniya əleyhdarı kimi ingilislər tutub zindana basırlar. Səddam qayıdır əmisi İbrahim əl-Həsən ilə təzəcə ailə qurmuş anasının yanına. Dayısından fərqli olaraq Səddamın bu əmisi əzazil, zülmkardır. Səddamın ayağını məktəbdən kəsmişdi ki, gedib qoyunlarını otarsın. Bəzən o, balaca Səddamı oğurluğa da itələyirdi-məcbur edirdi gedib qonşu kənddən mal-qara oğurlasın. Üç il belə keçir. Dayısı Heyrullahın qazamatdan çıxdığını bilincə Səddam necə deyərlər tüpürür dabanına. Qayıdır dayısının Tikrit şəhərindəki rahat evinə. İNGİLİS ŞLYAPASI: Səddam, 10 yaşında ikən birinci sinfə gedir. Dəcəlliyi, vuruşqanlığı ilə digər şagirdlərdən seçilən Səddam bir gün öz müəlliminin bahalı ingilis şlyapasını oğurlayır. Sonra uşaqların gözü qarşısında onu param-parça edir. Guya ingilislərdən öz dayısının intiqamını bax bu cür alır. Yamanca qudurur bundan sonra. Sinif şagirdlərindən biri ilə ölümünə bıçaqlaşır... SON GÖZ YAŞLARI. İLK VƏ SON SEVGİLİSİ. Uşaqlıqda çobanlığa məcbur edilən Səddam qoyunları yox...yoxxxxx...atları sevib. Xüsusən Hürra adlı sevimli köhlənindən 15 yaşınadək əsla ayrılmayıb. Sevimli atının ölümü günü gənc Səddam ömründə sonuncu dəfə ağlayıb. Bundan sonra nə gözünə yaş damcıları gəlib bir daha, nə də qəlbinə sevgi. *** PƏRİCADU: Ancaq deyəsən tələsdim bir azacıq öz son müddəamda. Səddam öz sevimli atı Hürrədən çox-çox sonralar nəhayət bir gün vəhşi, ömürlük bir sevgiyə düçar olur. Adı Parisula Lampos olan bu yunanlı qız Bağdadda yaşayan varlı bir mühacir ailəsində dünyaya göz açmışdı. Səddam isə onu qısaca “Pəri” adlandırarmış həmişə. Qısası, bu sarışın dəli afət dönür Səddamın Pəriçöhrəsinə, Pəricadusuna. Sevgi münasibətləri qısa fasilələrədək otuz il davam edir. Pərisula çox sonralar “Mən, Səddamın sevgisiydim” kitabını yazaraq çap etdirir. Nəticədə dünya kitab həvəskarlarının diqqətini özünə cəlb etməyi bacarır.
SON GÖRÜŞ: Səddamın oxşarları çoxmuş. Lap çox. Bu səbəbdən məruz qaldığı sui-qəsdlərdən həmişə sağ çıxırmış. Əvəzində oxşarları ölürmüş, düşmənləri ələ keçib dar ağacından asılırmış. Elə sevimli oğlu Udeyin də oxşarları saya-hesaba gəlmirdi. Məşhur ABŞ kinorejissoru Lİ Tamaxori özünün “İblisin oxşarı” ( “The Devils Double”, 2011) filmində bu mövzunu gözəl əks etdirməyi bacarıb. Səddam gizlinlərini, sirlərini bu filmdə məharətlə çevirib sənət dilinə.
Pərisula Lampos öz xatirələrində də bu oxşarlar mövzusuna çox toxunur. Deyir, Amerika hərbiçiləri bu səbəbdən edam edilmiş Səddamın cansız cəsədini ilk olaraq məhz Pərisula Lamposa göstərirlər. Bilirlər bu Pəridən başqa kimsə bir başqası cəsədin Səddama aid olduğunu ömrü boyu təsdiqləyə bilməz. ÖLÜM TARİXİ: 30 dekabr 2006. Qurban bayramı günü. Qəribə səhnədir bu. Son görüş soyuq divarlar arasında baş tutur. Pərisula qorxa-qorxa ağ mələfəyə bükülü cəsədə yaxınlaşıb cürət etmir onun ucunu yuxarı qaldırıb Səddamın üzünə baxmağa. Əvəzinə bunu sıravi bir ABŞ əsgəri yerinə yetirir. Pərisulanı məcbur edirlər son dəfə bu cəsədlə yaxından tanış olsun. Bədəndəki tanış izləri ətrafdakılara sərgiləsin. Boyu düz 1 metr 86 sm olan bu cəsəddə əsl Səddamı tanısın. Pərisula bu vaxt qəfil huşunu itirib yerə sərilir. Gözləri qarşısında sürətlə ötən xatirə kadrlarında öz son 30 illik ömrünü yada salır. *** “ARŞIN MAL ALAN” SÜJETİ: Macara başlayır bir erməni dığasından. Harut əl-Həyat adlı bu kəs Pərisulagilin həm divar qonşusu, həm də bütün Bağdadda ad çıxarmış məşhur dərzi imiş. Salonunda bütün Bağdad gözəlləri yığılıb özlərinə pal-paltar sifariş edərmişlər. Hə...erməni dərzisi Harut, burda sanki plagiata əl atır. “Arşın mal alan” musiqili operettasını bir növ canlı yayımda, canlı həyatda səhnələşdirir. Özü girir Süleyman roluna, Səddam Hüseynə özündənrazı Əsgər, Pərisulaya gözəlçə Gülçöhrə rolunu layiq bilir. Üzeyir Hacıbəyovun ölməz süjeti yenidən bir daha canlı həyatın sınağına çəkilir burda. *** Gülçöhrə ilə Əsgər...bağışlayın Səddam Hüseyn ilə Pərisula Lampos, dahi Üzeyirin təranələri altında rəqs edib əvvəlcə öz isti ovuclarını birləşdirirlər. Sonra həyəcanlı bədənlərini. Pərisula bir də gözlərini açıb özünü Dəclə sahilindəki çox bahalı bir restoranda aşkarlayır. Görür manqal tüstülənir. Səddam, əlində iti şişə taxılmış çay balıqları, göyün yeddinci qatındadır.
Burda sözü verək Gülçohrəyə, bağışlayın Pərisulaya. Səddam Hüseynin “Pəri” dediyi dəli afətə: “Dəclə balıqlarının ən dadlı tikəsi başının arxasında olur. 30 yaşlı Səddam, yaxşı yadımdadır, bu tikələri balıqlardan birər-birər ayırıb mənə dedi: Ağzını aç. Dilimin ucunda cənnətin ləzzətini duyub bir könüldən min könülə bu alovlu kişiyə vuruldum. O, məni bir at kimi əhilləşdirdi. Sevdiyi Hürrə atını xatırlayıb bir mənə baxdı, bir də uca səmalara . Sonra uzun-uzadı gülümsədi”. *** Səddam Hüseynin psixoloji portretini yaradarkən bu vacib detalları gəlin heç vaxt unutmayaq. O, öz ilk sevgisinə, yəni sevimli köhlən atı Hürrəyə çox sadiqmiş. Bir pəri axtarırmış ki, bu yetim məhəbbətini nəhayət onun zəif, incə çiyinləri üzərinə yükləsin. Pərisula Lamposun burda bəxti gətirir. Hürrəyə olan sevgisini bu pəriyə transfer edən Səddam nəhayət öz daxilində bir yüngüllük hiss edib özünü xoşbəxt hiss edir. Qərara gəlir bu hissini Dəclə çayı ilə, çaydakı qızıl balıqlarla, alovlu manqal ilə bölüşsün. Bir gün Pərisula bu tapançaya baxa-baxa televizorun düyməsini basır. Görür əri Sirop İskandarianın tanış adı torpaqları müsadirə edilmiş mülkədarların siyahısındadır. Sonra Səddam bu ailənin nəhəng evini milliləşdirir. Sonra gəlir Pərisulanın dalısıycan. Deyir erməni ərinə: Sənə beş dəqiqə vaxt verirəm İrakdan qaçıb əkilməyinə. ***
*** QANLI SONLUQ: Qəribədir, “Səddam-Pərisula” sevgisinin bu təkrarından, əslində plagiatından sonra Səddamın Bağdad səmalarındakı bəxt ulduzu sürətlə solmağa başlayır. İrak-İran müharibəsi nəticəsiz qurtarır. Küveyt avantyurası böyük məğlubiyyətlə nəticələnir. Pərisulaya əvvəl elə gəlir ki, evində əcinnələr məskunlaşıb. Sonra o, keçir mətbəxə. Görür qazanların altında od yanmasa da içindəki yeməklər öz-özünə bişib qaynayır. O gündən etibarən ətraflarındakı bütün hadisələr sanki öz məntiqi məzmununu itirir. Məntiq itir. Qalır məzmunu itmiş, düzəni pozulmuş bir mənasız həyat. SOLMUŞ ÇİÇƏKLƏR: Ömrünün sonunda Səddam Hüseyn dönür bağbana. Qazamat həyətində balaca bir əkinəcək tapıb istəyir orda qızıl güllər əksin. Bir gün görür bəs bu gülləri kimsə kökündən çıxarıb atıb zibilliyə. Səddam özünü itirmir növbəti dəfə. Başlayır bağçadakı alaq otlarını suvarmağa. HƏMİD HERİSÇİSəddama qarşı?”
DOSYE: Sədam Hüseyn.
SƏDDAMIN ÖPÜŞLƏRİ: Deyilənlərə görə Səddam Hüseyn yoluxucu xəstəliklərdən bərk qorxduğu səbəbdən heç kimə icazə verməyib onu üzündən öpməyə. Səddama aid bütün videoçəklişlər bunu bir daha isbatlayır. Göstərir ki, başqaları Səddamın ancaq çiyinlərini öpüb tez də kənara çəkilirmişlər. İstisna ancaq bax bu yunan pərisində olub.
Pərisulanın dediyinə görə Səddam həmişə silahlı yatıb. Tapancasını hazır vəziyyətdə həmişə qoyub yastığının altına.
Sözü burda verək yenə bu dəli pərinin şəhvətli gündəliklərinə: “İlk dəfə yatağa girdiyimiz zaman çarpayının ortasında bir tənha qızıl gül ilə rasrlaşdım. Mən bu gülün ətrini burnuma çəkdim. Səddam mənim nəfəsimi. Mən “Həbibi” deyib onu qəfil hövuza itələyə bilərdim. O mənə “Pəri” deyib ən şıltaq arzumu belə həyata keçirərdi. Ancaq bir gün bu xoş günlərin qanlı pərdəarxasını da görməyə məhkumdum mən. Qızım Lizanı 16 yaşı ola-olmaya Səddamın vəhşi oğlu Udey zorladı.
Udey, bizim Səddam ilə münasibətləri eynən təkrarlamaq niyyətindəydi. Liza ilə o, bizim kimi, dərzi emalatxanasında tanış oldu. Sonra bizim sevgi marşrutunu eynən təkrarlayaraq Lizanı gətirdi Dəclə sahilindəki bahalı bir restorana. İçkisinə dərman qarışdırıb qızımı zorladı. Bunu bilincə mən öz sevgi tarixçəmə də bir başqa gözlə baxmağa məcbur qaldım. Elə bildim bəlkə mənim də içkimə Səddam vaxtiylə nəsə qatıbmış”.
Hə... Öz həyatlarının, öz sevgilərinin bu nöqtəsində Pərisula ilə Səddam nəsə çətin duruma düşdüklərini duyub bərk həyəcanlanırlar.
Ömrünün sonunda Pərisulanı tam unudaraq əvəzində bəxtinə çıxmış alaq otlarını sevir.