Milyonçumuzun “avtoş” oğlu 5 nəfəri öldürdü – Video/Foto

Milyonçumuzun “avtoş” oğlu 5 nəfəri öldürdü – Video/Fotoİş adamının oğlu Vaqif Mirzəyev maşını saatda 200 km sürətlə idarə edib

Moskvada azərbaycanlı gənc dəhşətli qəza törədib.

Ans-in Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, hadisə Kutuzov prospektində qeydə alınıb. Qəzanı törədən sürücü 24 yaşlı Vaqif Mirzəyev olub. Hadisə nəticəsində o da daxil olmaqla 5 nəfər faciəli şəkildə ölüb.

Məlumata görə, o gecə saat 03 radələrində idarə etdiyi “BMW M5″ markalı maşınla yolda şütüyüb. Şahidlərin sözlərinə görə, bu zaman onun sürəti saatda 200 km-ə çatıb.Qəfildən o qarşı tərəfdən gələn “Hyundai Solaris” markalı taksiyə çırpılıb. Nəticədə taksidə olan sürücü və sərnişin də ölüb. Zərbə o qədər güclü olub ki, maşının parçaları bir neçə metrə dağılıb.

Azərbaycanlı olduğu deyilən V.Mirzəyevin dostları onun əylənməyi və lovğalığı sevdiyini deyirlər. Onun imkanlı iş adamlarından birinin övladı olduğu və pul ilə bağlı heç vaxt problem yaşamadığı deyilir.

BMW -dən öncə o “Mercedes ML350″ idarə edib. Yeni maşınını isə bir neçə ay öncə alıb.

O, 2010-cu ildə avtomobili sərxoş idarə etdiyi üçün sürücülük vəsiqəsindən məhrum edilib.


Milyonçumuzun “avtoş” oğlu 5 nəfəri öldürdü – Video/Foto






Fikirlər