Hacıbala Abutalıbov Müsavatı cavabsız qoyub
Bakı Şəhəri İcra Hakimiyyəti Müsavat Partiyasının mitinqlə bağlı müraciətini hələ cavablandırmayıb.
Bunu İnterpress. az-a partiyanın Divan üzvü Razim Əmiraslanlı bildirib. Onun sözlərinə görə, mitinq hazırlığı buna baxmayaraq davam edir.
Xatırladaq ki, Müsavat Partiyası mitinqi dekabrın 14-ə təyin edib.