İraq İŞİD-i tam silmək üçün son HÜCUMA KEÇDİ
İraq ordusu İŞİD terror qruplaşması üzərinə hücuma keçib. Axar.az xəbər verir ki, bu barədə RİA informasiya yayıb. Məlumata görə, İraq ordusunun bu hücumunda məqsəd İŞİD-in ölkədəki son dayaq məntəqələrini ələ keçirməkdir. Qeyd edək ki, noyabrın 5-də İraqda hakimiyyət qüvvələri İŞİD-in son qalası hesab olunan Ənbar vilayətinin strateji cəhətdən ən vacib bölgəsi Qaim şəhərinə daxil olub.