Amerika strategiyasını dəyişdi: Türkiyəyə hücum ediləcək, yeni DÖVLƏT qurulacaq

Amerika strategiyasını dəyişdi: Türkiyəyə hücum ediləcək, yeni dövlət qurulacaq

Suriyada müharibənin aktiv mərhələsinin başa çatdığı elan olundu, İŞİD məğlub edildi. Bundan sonra nələr olacağı, xüsusilə ABŞ-ın yeni strategiyasının necə olacağı maraqlıdır.

Publika.az
 xəbər verir ki, türkiyəli siyasi yazar İbrahim Ərdoğan Yaxın Şərqdəki prosesləri və ABŞ-ın yeni strategiyasını şərh edib.


Siyasi yazar qeyd edir ki, ABŞ-ın İŞİD-dən sonra əsas hədəfi İrandır.

İranın Suriya bağlantısını qırmaq və önünü kəsmək üçün Vaşinqton Fərat çayının şərqindəki ara bölgəni nəzarətə götürür. Suriyada ABŞ-ın 13 xüsusi bölgəsi var, bununla yanaşı, yeni bazalar qurmağa da çalışır. Türkiyənin sərhədinə yaxın bölgələrdəki PKK/PYD ünsürləri də ABŞ-ın bazalarının olduğu ərazilərə köçürülür. Amerikanın bölgədəki əsas ortağı PYD/YPG-dir. Son dövrlərdə İŞİD-dən YPG-yə ciddi şəkildə transferlər baş verir. İŞİD-lə YPG bir çox məsələdə razılaşır. Rakkanı təhlükəsiz şəkildə ABŞ-ın nəzarətinə verənlər Deyr-i Zora, oradan da Ə-Bukemala köçürüldü. Onların arasında 300-dən artıq İŞİD-çi var idi. BBC-nin yaydığı görüntülərdə də İŞİD-çilərin ABŞ-ın müdafiəsi altında təhlükəsiz şəkildə təxliyyə edilməsi də bunu göstərdi”, - deyə o yazır.

İ.Ərdoğan hesab edir ki, İŞİD bitsə də, bir sıra terrorçular Türkiyəyə sızdırılır: “Bu, İŞİD-in ağlı deyil. ABŞ başda olmaqla digər ölkələrin, xüsusilə Birləşmiş Ərəb Əmirlikləri kimi Körfəz ölkələrinin burada rolu var”.

Yazarın fikrincə, ABŞ İŞİD-dən sonra da bölgədə qalmaq fikrindədir: “Məqsədləri dövlət qədər güclü olacaq qruplaşma formalaşdırmaqdır. Xüsusilə İrana qarşı bölgədə yeni güc yaradacaqlar. Bu güclə həm də İraq və Suriya rejiminin qarşısına çıxmaq niyyətindədirlər, hətta hədəfdə Türkiyənin olduğu ehtimalı da var. ABŞ silahlandırdığı PYD/YPG vasitəsilə bölgədəki neft yataqlarını da nəzarətdə saxlamaq istəyir. Hazırda Vaşinqton PYD/YPG vasitəsilə bölgədəki neftin 50 faizini ələ keçirib. İŞİD sıradan çıxsa da, PKK/PYD/YPG-yə silah dəstəyi davam edir. İki gün öncə 65 TIR ağır silah və 120 Xammer göndərilib. İŞİD üzvləri də PKK/PYD/YPG qruplaşmasına qoşulur və Amerika həm Suriyada, həm də Türkiyədə onların əli ilə yeni hücumlar planlaşdırır. ABŞ indiyə qədər “İŞİD-i məhv etmək üçün Suriyadayıq” deyirdi, indi “Cenevrə prosesi başa çatana qədər Suriyadan çıxmayacağıq” deyir. Yəni ABŞ strategiyasını dəyişdirdi və Suriyada uzunmüddətli maraqlarını təmin edənə qədər bölgədə qalmağa davam edəcək”.






Fikirlər