“Azneftyağ” bağlanır, neftçilər isə qərar gözləyir

“Azneftyağ” bağlanır, neftçilər isə qərar gözləyirDövlət Neft Şirkətinin “Azneftyağ” neft emalı zavodu gələn ilin ilk ayından etibarən fəaliyyətini dayandıracaq.

Bu barədə Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri Mirvari Qəhrəmanlı məlumat verib.

Hüquq müdafiəçisinin sözlərinə görə, yanvar ayından zavodun istismarının dayandırılması prosesinə başlanılacaq: “Təşkilatımıza daxil olan məlumatda deyilir ki, zavodun işçilərinin bəziləri Bakı Neft Emalı Zavodunda işlə təmin olunacaq. Amma ixtisarlar da qaçılmaz olacaq”.

Hazırda “Azneftyağ” neft emalı zavodunda 2300 işçi çalışır. Onların əksəriyyətinin ixtisara salınacağı gözlənilir.






Fikirlər