"BÖYÜK ƏFV gözlənilir" - SPİKER
"Əfv sərəncamının imzalanması Prezident İlham Əliyevin səlahiyyətindədir”.
AzerTaym.az-ın xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin sədri Oqtay Əsədov deyib.
O bildirib ki, yaxın zamanlarda böyük əfv sərəncamının imzalanması gözlənilir.
Spiker həmçinin bildirib ki, Avropa Parlamentində Xocalı soyqırımı ilə bağlı bəyanat hazırlanır.
"Milli Məclisin 20 deputatı Xocalı soyqırımı ilə bağlı xarici ölkələrdə keçirilən tədbirlərdə, aksiyalarda, iclaslarda iştirak edir. Xocalı Soyqırımı ilə bağlı Avropa parlamentində bəyanat hazırlanır. Milli Məclis bu isitiqamətdə müəyyən addımlar atacaq”.