Xətai Rayon İcra Hakimiyyəti Xocalı soyqırımının 24 illiyi ilə bağlı hazırlıq işlərinə başlayıb.
Bu haqda Modern.az saytına qurumun İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kamran İsmayılov məlumat verib.
O qeyd edib ki, işlər Tədbirlər Planına uyğun olaraq icra olunur:
“Hər il olduğu kimi, bu il də Xocalı soyqırımının ildönümünə həsr olunmuş tədbirin keçirilməsi nəzərdə tutulub. Prezident Administrasiyası tərəfindən tədbirlər planı hazırlanıb. Xətai Rayon İcra Hakimiyyəti başçısı tərəfindən Tədbirlər Planı təsdiq edilib. Hazırda o çərçivədə işlər davam etdirilir”.
K.İsmayılov həmçinin ərazidə abadlıq işlərinin aparıldığını bildirib:
“Xocalı hadisəsinin anım tədbirlərinin hazırlanması ilə əlaqədar abadlıq, təmizlik işlər aparılır. Faciəyə bir gün qalmış foto bannerlər yerləşdiriləcək. Həmçinin 21 fevraldan güllərin əkilməsinə start veriləcək”.
Fikirlər