Lalə Şövkət Azərbaycanı tərk edib? – AÇIQLAMA
“Azərbaycan Liberal Partiyasının lideri Lalə Şövkətin ölkəni tərk etməsi barədə olan məlumat doğru deyil. Lalə xanım Bakıdadır”. Bu sözləri Strateq.az-açıqlamasında ALP sədri Əvəz Temirxan bildirib. Onun sözlərinə görə, Lalə Şövkət fəal siyasəti tərk etməyib. “Lalə xanım aktiv şəkildə ölkədəki siyasi prosesi izləyir. Siyasi fəaliyyətini dayandırmayıb” – deyə o, vurğulayıb. Ə.Temirxan qeyd edib ki, 11 apreldə keçiriləcək prezident seçkiləri ilə bağlı ALP-nin qərarı var: “Biz bu seçkilərdə iştirak etmirik”. ALP sədrinin sözlərinə görə, Lalə Şövkət siyasi proseslərlə bağlı KİV üçün mətbuat konfransı keçirəcək. “Bunun vaxtını deyə bilmərəm. Zamanında media üçün mətbuat konfransı keçiriləcək”.