Kamran Əliyev dərman MAFİYASINDAN DANIŞDI
"Mənşəyi bilinməyən və keyfiyyətsiz dərmanların satışı ilə bağlı hər zaman tədbirlər görmüşük". Bunu Baş prokurorun müavini, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev deyib. Onun sözlərinə görə, gələcəkdə də bu sahədə yeni faktlar aşkarlansa həmin şəxslərin məsuliyyətə cəlb olunması təmin ediləcək. K.Əliyev qeyd edib ki, vətəndaşlar yalnız keyfiyyətli dərmanlarla təmin olunmalıdır: "Bununla bağlı da müvafiq dövlət qurumları ilə birgə işlər görülür". (report)