DAHA BİR deputat Sərdar Cəlaloğlunu “TƏXRİBATÇI” ADLANDIRDI

Daha bir deputat Sərdar Cəlaloğlunu “təxribatçı” adlandırdı

Azərbaycan Yazıçılar Birliyinin üzvü, Milli Məclisin deputatı Tahir Rzayev ADP sədri Sərdar Cəlaloğlunun Türkiyə-Azərbaycan konfederasiyası yaradılması təklifinə sərt reaksiya verib.

Deputat “Ölkə.Az”a açıqlamasında bildirib ki, Sərdar Cəlaloğlu Xalq Cəbhəsi dövründə mövcud olan şüursuz hərəkətləri davam etdirir:

“Əvvəllər bu cür hərəkətlər Xalq Cəbhəsi dövründə də olurdu, cəbhəçilər deyirdi ki, biz kiçik dövlətik, öz müstəqilliyimizi təmin edə bilmərik, ona görə də bizim müqəddəratımız Türkiyədən asılıdır və sairə. Xalq Cəbhəsi də Türkiyənin tərkibinə keçməyi və qardaş ölkə ilə birləşmək istəyirdi. Onlar Azərbaycanın müstəqilliyini qoruya bilmirdi. Amma Ulu Öndər Heydər Əliyev canı bahasına olsa da, bu dövlətin müstəqilliyini qoruyub möhkəmləndirdi”.
T.Rzayev deyib ki, Azərbaycan dövlətinin zəngin tarixi keçmişi var:

“Bu dövlət öz müstəqilliyini elan edib və bütün beynəlxalq təşkilatlar ölkəmizin müstəqilliyini tanıyıb. Azərbaycanın yeraltı və yerüstü sərvətləri, insanların potensialı imkan verir ki, Azərbaycan müstəqil dövlət kimi daha da inkişaf etsin. Türkiyə isə bizə qardaş ölkədir. Əlbəttə ki, Türkiyə hər zaman bizə kömək edib. Müəyyən məqamlarda biz Türkiyəyə arxalanmalıyıq. Necə ki, cənab prezident İlham Əliyev mötəbər tribunalardan "Türkiyə burada yoxdursa, mən varam" deyir. Biz Türkiyə ilə qardaşıq. Ancaq burada ayrı niyyətlər yoxdur. Kimsə cəmiyyəti çaşdıraraq insanlar arasında belə fikirlər irəli sürüb özünü vətənpərvər kimi göstərmək istəyir. Ancaq bu cür səhv fikirlər və çaşdırıcı hərəkətlər Azərbaycan-Türkiyə dostluğuna təsir edə bilməz. Bu cür təxribatlara heç kəs uymaz. İnsanlarımız artıq əvvəlki düşüncədə deyil, dünyaya real gözlə baxırlar. Bilirlər ki, kim kimdir. İnsanlarımız dünyada parçalanmaların nəyə görə baş verdiyini yaxşı anlayırlar”.

Deputat Sərdar Çəlaloğlunun fikirlərinin təxribat olduğunu söyləyib. 






Fikirlər