Ərdoğanın Putinə “S-500”-lərlə bağlı təklifi Qərbdə ZƏLZƏLƏ YARADACAQ

Ərdoğanın Putinə “S-500”-lərlə bağlı təklifi Qərbdə ZƏLZƏLƏ YARADACAQ

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinə “S-500” zenit-raket sistemlərini birgə istehsal etməyi təklif edib.

Publika.az xəbər verir ki, bu haqda “Haber 3” portalı yazıb.

O həmçinin “S-400” zenit-raket sistemlərinin çatdırılması üzrə müqavilənin icrası vəziyyətindən danışıb.

Rusiya bizə çox münasib şərtlərlə “S-400” üzrə kredit verdi. İkinci və üçüncü mərhələlərdə birgə istehsala başlayacağıq”, - Türkiyə lideri deyib.

Bundan başqa, Ərdoğan “S-400”-lərin çatdırılmasının ABŞ və NATO tərəfindən tənqid olunmasına cavab verib.

“Onlar niyə Yunanıstanda olan “S-300”lər haqqında susurlar? Türkiyə barəsində aparılan belə siyasəti anlamaq mümkün deyil. Bizim müdafiə sənayemizin öz ehtiyacları var və onlar təmin etməyə çalışacağıq”, - Ərdoğan söyləyib.

Qeyd edək ki, ABŞ və NATO-nun Rusiya və Türkiyə arasında imzalanan “S-400” sazişinə görə, Ankaranı dəfələrlə tənqid edib. ABŞ-ın dövlət katibinin köməkçisi Uess Mitçell bildirib ki, “S-400” sistemlərinin alınması Türkiyəyə “F-35” qırıcılarının çatdırılmasına mənfi təsir edə bilər.

Cavabında Ankaradan bildirdilər ki, bu halda qırıcıları başqa ölkələrdən alacaqlar.

“F-35” qırıcıları nəzərdə tutulduğu müddətdə Türkiyəyə çatdırılmalıdır. Amma problemlər yaranacağı halda, Türkiyə alternativsiz qalmayacaq. Rusiyadan, yaxud da NATO-nun hər hansı ölkəsindən ala bilərik”, - Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “A Haber” telekanalına deyib.






Fikirlər