“HACI MAZAN” yol polisi tərəfindən saxlanıldı
“Hacı Mazan” kimi tanınan iş adamı Ramazan Zeynalov yol polisi tərəfindən saxlanılıb. Bu zaman ona məxsus avtomobilin 44-AA-444 dövlət nömrə nişanı diqqət çəkib. Qeyd edək ki, “Hacı Mazan” dövrü mətbuatda qalmaqallı şəxslərdən hesab olunur. O, daima xoşagəlməz məsələlərlə gündəmə gəlir. Adı narkoticarətdə hallanan Ramazan Zeynalov bir neçə gün öncə jurnalistə təzyiq göstərməsi ilə diqqət çəkmişdi. Onu da xatırladaq ki, Ramazan Zeynalov Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin qohumudur.Yenicag.az