MONİKA BERLUÇÇİnin keçmiş əri EVLƏNDİ — FOTO
"AzerTaym.az" “Ölkə.Az”-a istinadən xəbər verir ki, Vensan uzun illər dünyanın ən gözəl qadını sayılan Monika Belluçinin əri olub. Vensan evləndiyi barədə İnstaqram səhifəsində məlumat verib. 51 yaşlı aktyor 21 yaşlı model Tina Kulaki ilə ailə qurub. Cütlük 2015-ci ildə tanış olub. Bu ilin yaz aylarında Vensan və Tinanın evlənəcəyi barədə xəbərlər dolaşmağa başlamışdı. Kassel “Qara durna”, “Qırmızı çaylar”, “Ceyson Born” filmləri ilə məşhurdur. Qeyd edək ki, Vensan və Monika Belluççi 14 il evli olublar. Cütlük 2013-cü ildə boşanmışdı.