““Sosial ev”lər layihəsində korrupsiya elementlərinin olması qənaəti formalaşır” – Ekspertdən açıqlama
“Bu gün “Elektron hökumət” portalında yaradılmış “Güzəştli mənzil” sisteminin işində yarnmış problem nəticəsində müştərilər faktiki olaraq satış prosesindən iştirak edə bilməyib”. "AzerTaym.az" bildirir ki,bunu bizimyol.info-ya açıqlamasında iqtisadçı ekspert Rəşad Həsənov bildirib. “Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) ilk layihəsi olan Yasamal Yaşayış Kompleksində mənzillərin təkrar güzəştlə satışına başlanılması prosesinin baş tutmaması ilə bağlı qısa açıqlama verib. Səbəbi ilə bağlı soruşanda cavab vermirlər. Problemin həlli çox sadədir. Saytlar və serverlər var ki birdən-birə minlərlə insanları qəbul edib onlara xidmət təklif edə bilirlər. Bu sistemin qurulması üçün MİDA kifayət qədər böyük maliyyə vəsaiti xərcləyib. Hələ təkcə may ayına kimi bu istiqamətdə xərclənən vəsait 1 milyon 200 min manata yaxın idi. MİDA-nın ondan sonra yaydığı məlumatda aydın olur ki qurum ayrı-ayrı şirkətlərlə əməkdaşlıq ediblər. Böyük ehtimalla yeni ödənişlər edilib, sistemin qiyməti artıb. Amma fakt odur ki xidmətin keyfiyyət səviyyəsi artmayıb”. Eskpert bildirib ki, “sosial ev”lər layihəsi kifayət qədər aktual məsələdir: “Odur ki müvafiq qurumlar, MİDA və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bu məsələdə daha çox həssas olmalıydı. Eyni halın ikinci dəfə baş verməsi bu qurumların reputasiyasına mənfi təsir göstərir, insanlarda ümidi itirir, hətta bu proses onlarda burada korrupsiya elementlərinin olması ilə bağlı qənaətin formalaşmasına gətirib çıxardır”.