Böyük dövlətlərin TÜRKİYƏ ilə bağlı 100 illik gizli planı ORTAYA ÇIXDI: türk ordusu hərəkətə keçdi

Böyük dövlətlərin Türkiyə ilə bağlı 100 illik gizli planı ORTAYA ÇIXDI: türk ordusu hərəkətə keçdi

Dünyanın gözü İdlibə dikildiyi bir vaxtda Aralıq dənizində “sular isinməkdədir”.

Publika.az xəbər verir ki, dünyanın üçüncü ən böyük təbii qaz rezervinin tapıldığı Aralıq dənizinin şərqində təhlükəli proseslər baş verir.
Sentyabrın 28-də “EXXON Mobil” şirkəti bölgədə təbii qaz axtarışlarına başlayacaq. “Total”, “Shell”, “Eni”, “Qatar Gas”, “Noble Enerji”, “Kogas” şirkətlərinin də bölgədə təbii qaz axtarışlarına qoşulacağı planlaşdırılır.
Digər tərəfdən, yunan Kipri Fransaya dəniz və hava bazasından istifadə icazəsi verib. ABŞ da yunan Kiprindən baza istəyir.
“Yeni Şəfəq” qəzeti yazır ki, Yunanıstan və yunan Kiprinin qorxulu röyası Türkiyə donanmasıdır. Türkiyə bölgədə haqlarına qarşı ola biləcək hər hansı həmləyə qarşı donanmanı hazır vəziyyətə gətirib. Payızda Türkiyənin “Fatih” gəmisi bölgədə axtarışlara başlayacaq.
ABŞ isə 6-cı donanmanın komanda gəmisi olan USS Mount Vitneyi Selanikdəki mərasimə qatılmaq bəhanəsi ilə bölgəyə göndərir. ABŞ İdlibdə ola biləcək kimyəvi silah hücumunun qarşısını almaq üçün Aralıq dənizində döyüş gəmilərinin sayını artırır. İngiltərənin nüvə başlığı daşıyan dənizaltı gəmisini Aralıq dənizinə doğru hərəkətə keçib. Fransa uzun müddətdir döyüş gəmisini Şərqi Aralıq dənizində hazır vəziyyətdə saxlayıb. Rusiya da Aralıq dənizindəki varlığını hər keçən gün artırır.
Suriya bəhanəsi ilə Aralıq dənizində güclənən bu ölkələr 10, bəlkə də 100 illik planın arxasınca düşüblər.
Fransa yunan Kipri ilə 2007-ci ildə bağladığı müqavilə çərçivəsində bu gün həm dəniz, həm də hava bazasından istifadə hüququ qazandı. ABŞ da yunan Kiprin bazalarından istifadə etmək niyyətindədir. İngiltərə uzun müddətdir bölgədə dəniz və hava bazalarına sahibdir. Maraqlıdır ki, yunan Kiprinin Limasol limanını Suriyada bir-birinə qarşı çıxan ABŞ və Rusiya birlikdə istifadə edir.
Bu mənzərənin pərdəarxasında enerji var. Bu güclərin hədəfi dünyanın üçüncü böyük təbii qaz rezervinin olduğu Aralıq dənizində indidən məskən salmaqdır.
Yunanıstan mediasının baş verənlərlə bağlı yazdıqları diqqət çəkir: “Bir yerdə enerji varsa, qılınclar qınından çıxır. Şərqi Aralıqda qılınclar yerinə bir çox ölkənin döyüş gəmiləri çıxır. Bölgədə ilk baxışda görünməyən müharibə doğmaqdadır”.
Türkiyə bölgədə maraqlarını qorumaq üçün hərbi donanmasını hazır vəziyyətə gətirib. Türk gəmiləri bölgədə kəşfiyyat fəaliyyətini aparacaqlar.






Fikirlər