Azərbaycan bir günə Ermənistanı MƏHV EDƏCƏK VƏ...
Ermənistanda demoqrafik böhran getdikcə sürətlənir. İşğalçı ölkə həm miqrasiya, həm də doğuş sayının azalması nəticəsində ciddi təhlükə ilə üz-üzədir. Ekspertlər Ermənistanla müqayisədə Azərbaycanın demoqrafik və hərbi sahədə sürətlə gücləndiyinə diqqət çəkir.
Publika.az xəbər verir ki, rusiyalı ekspert Dmitri Verxoturov Ermənistanda əhalinin azalmasının sürətlə gedəcəyini hesab edir.
“Erməni demoqrafiyası diasporla maskalanır. Yəni gedənlər erməni diasporu olur və lazım olanda onlar geri qayıdacaq. Bu, böhranı ört-basdır etmək üçün yaradılan maskadır. Ümumiyyətlə Qarabağda müharibə zamanı Azərbaycan və Ermənistan arasında demoqrafik müqayisə aparmağın mənasız olduğunu düşünürəm. Birincisi, əhalinin sayına görə Azərbaycan aşkardır, ikincisi, Azərbaycanın iqtisadi göstəriciləri müqayisəedilməzdir. Lakin müharibələr təkcə demoqrafiya ilə qazanılmır. Çağırışçı kontingent əhəmiyyətlidir, amma bu qələbə üçün əsas deyil. Müasir müharibəni artilleriya qazanır, daha dəqiq desək, topların və təyyarələrin üstünlüyü. Azərbaycanın potensial artilleriya sistemi, ümumilikdə hərbi gücü Ermənistanla müqayisə edilə bilməz. Qarabağda baş verə biləcək müharibədə Ermənistan Azərbaycanı artilleriya sistemləri və təyyarələrinin bombardmanı qarşısında duruş gətirə bilməyəcək, sadəcə olaraq, məhv olacaq. Hesab edirəm ki, belə şərtlər altında Qarabağda baş verə biləcək müharibə bir, ya da iki gün ərzində Azərbaycanın qələbəsi ilə bitəcək”, - deyə o bildirib.