Azərbaycanda DEPUTAT 400 min manata 2 AVTOMOBİL ALDI

Milli Məclisin deputatı İmamverdi İsmayılov özünə iki yeni bahalı avtomobil alıb. 
AzerTaym.az xəbər verir ki, bizimyol.info-nun əldə etdiyi məlumata görə, onlardan biri 10 AA 706 dövlət nömrə nişanı olan "S-Class Mersedes", ikincisi isə 10 EE 888 nömrə nişanlı "Lexus"-dur. Hər iki avtomobil son modeldir və ümumi dəyəri 400 min manatdır.
Azərbaycanda deputat 400 min manata 2 avtomobil aldı
Bundan başqa, məlumata görə, İmamverdi İsmayılov Sumqayıtda özünə yeni bahalı villa da tikdirir. İndiyədək deputat bu villanın tikintisinə 700 min manat sərf edib.
Sayt məlumatları dəqiqləşdirmək üçün deputat İmamverdi İsmayılovun mobil telefon nömrəsinə dəfələrlə zəng etsə, cavab verməyib.
Xatırladaq ki, İmamverdi İsmayılov 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən artıq 25 ildir ki, deputat "seçilir”. Onun təkcə son iki maşınının qiymətinə 36 şəhid ailəsinin birdəfəlik müavinətini (hər birinə 11 min manat) ödəmək olardı.

 






Fikirlər