RUSİYA Paşinyana “SEÇKİ SURPRİZİi” HAZIRLAYIR –ŞƏRH

Rusiya Paşinyana “seçki sürprizi” hazırlayır – Şərh

Paşinyanın mövqeyindən asılı olmayaraq, Rusiya Ermənistanın KTMT-dən ayrılmasında maraqlı deyil.

Bu sözləri Axar.az-a açıqlamasında beynəlxalq əlaqələr üzrə ekspert Elşən Mustafayev deyib. O bildirib ki, bu, Ermənistanı açıq şəkildə başqa hərbi müttəfiq axtarışına vadar edər:

“Bu da Rusiya üçün əlverişli hesab edilmir. Çünki Rusiya hərbi cəhətdən Ermənistanda oturaqlaşıb. Paşinyan da bunları bilməmiş deyil və belə bir addımı atacağı halda onun nəıticələrinin necə olacağını yaxşı bilir. Hesab edirəm ki, KTMT–nin gələcək taleyinin necə olacağından asılı olaraq, Ermənistanın uzun müddətə, yəni digər dövlətlərin növbəli baş katib təyinatlarının sonuna qədər KTMT rəhbərliyində təmsilçiliyi olmayacaq”.

Ekspertin sözlərinə görə, bu məsələ seçkilərdə Paşinyanın durumuna təsir etməyəcək:

“Amma Rusiya seçki prosesinə inanılmış adamları vasitəsi ilə təsir göstərəcək. Rusiya bu prosesi Köçəryanın liderliyi ilə formalaşan müxalifətin timsalında xeyli müddətdir ki, etməyə çalışır. Nəticələrin necə olacağını indidən demək çətindir. Çünki Paşinyan aşağı və orta təbəqəni əhatə edən seçiçilərin arasında mövqeyini saxlaya bilib. Amma məğlubiyyətdən də sığortalanmayıb. Heç kimin əhəmiyyət vermədiyi və ya gözləmədiyi səbəblər situasiyanı dəyişə də bilər”.

Qeyd edək ki, rusiyalı politoloq Sergey Markov Ermənistanın KTMT-dən çıxarılması məsələsinin gündəmə gələ biləcəyini istisna etməyib. Onun ardınca isə Ermənistan prezidentinin müşaviri Tevan Poqosyan jurnalistlərə açıqlamasında bildirib ki, əgər atacağımız addım maraqlarımıza cavab versə, o zaman Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını tərk edə bilər.






Fikirlər