XƏTAİNİN DEPUTATI işdən çıxarılan icra başçısı haqda: “Mən heç onun QƏBULUNDA DA OLMAMIŞAM”
Dünən - dekabrın 13-də Prezident İlham Əliyevin sərəncamı ilə Xətai rayonun icra başçısı Razim Məmmədov vəzifəsindən azad edilib. 35 saylı Xətai üçüncü seçki dairəsindən Milli Məclisin deputatı Araz Əlizadə Modern.az-a keçmiş icra başçısı Razim Məmmədovla münasibətlərindən danışıb. Deputat Razim Məmmədovla ancaq işgüzar münasibətlərinin olduğunu deyib. “Mənim Razim Məmmədovla ancaq işgüzar münasibətlərim olub. Hesab edirəm ki, icra başçısı ilə deputatın isti münasibəti olmamalıdır. Çünki elə bir münasibətin qurulması keyfiyyətli işin olmasının qarşısını alır. Deputat qanunverici, icra başçısı isə icraedici orqanda təmsil olunur. Onlar arasında isti, sıx münasibətlər deyil, işgüzar münasibətlər olmalıdır”. “Rayon tədbirlərində də bir yerdə olmamışıq. Elə tədbirlərdə Yeni Azərbaycan Partiyasından təmsil olunan deputatlar iştirak edirdi. Mən heç onun qəbulunda da olmamışam. Seçicilərim tərəfindən mənə müraciətlər olan zaman isə onu rəsmi məktubla göndərmişəm. Hesab edirəm ki, çox müraciətlərimə də müsbət cavab almışam”.
Araz Əlizadə Razim Məmmədovla rayon tədbirlərində də bir araya gəlmədiyini deyib.