İncəsənət tariximizin ŞƏRƏF SƏHİFƏSİ – MÜSİQİ KOLLECİ!

  Картинки по запросу musiqi kolleci

Musiqi mədəniyyətimizin və musiqi təhsilimizin şərəf tarixi hesab etdiyimiz Milli Konservatoriyanın tərkibində fəaliyyət göstərən Musiqi kolleci bir əsrdən artıq şərəfli bir ömür yolu keçmişdir.

Azərbaycanda ilk musiqi təhsilli müəssisə olan musiqi kolleci Azərbaycan musiqisinin şöhrət və nailiyyət qazanmasında öz xidmətləri ilə yanaşı, musiqi tariximizə yüzlərlə görkəmli bəstəkarlar, ifaçılar, musiqişünaslar, müəllimlər, xanəndələr nəsli yetişdirmiş və onların uğur qazanmasında ilk not təsirli müasir musiqi məktəbi kimi tariə düşmüşdür.

İndi Azərbaycanda elə bir şəhər, rayon, qəsəbə, kənd yoxdur ki, onun musiqi və incəsənət məktəblərində, orta məktəblərdə, mədəniyyət evlərində musiqi kollektivlərində kollecin yetişdirmələri, məzunları çalışmasınlar. Dahi Üzeyir Hacıbəyovun və onun həmkarlarının birgə əməyi sayəsində bu tədris ocağı tədricən təkmilləşmiş, dövlətin qayğıları sayəsində, yeni müəllimlərin fənlərin, metodların, təşəbbüslərin, nailiyyətlərin hesabına öz fəaliyyətini tədricən genişləndirmiş və möhkəmləndirmişdir. Bu gün Musiqi Kolleci artıq müasir tələblərə tam cavab verən, daim yeniləşən və inkişaf edən müasir təhsil müəssisəsidir.

Xatırladaq ki, 1895-ci ildə tərəqqipərvər rus ziyalısı, Tiflis musiqi məktəbi və Moskva Konservatoriyasının məzunu Antonina Nikolayevna Yermolayeva öz pianoçu bacıları ilə birgə Bakıda ilk şəxsi musiqi məktəbini açmışdır. Məktəbin ilk müəllimləri pianoçular – Antonina, Yelizaveta və Yevgeniya Yermolayeva bacıları, skripkaçılar İ.Bukinik, P.Yuon, müğənni – S.Lisenko və başqaları olmuşlar. 1901-ci ildə məktəbin bazasında daha təkmil – İmperator Rus musiqi cəmiyyətinin Bakı şöbəsinin musiqi sinifləri açılmış və A.N.Yermolayeva onun direktoru təyin olunmuşdur. 1916-cı ildə Ü.Hacıbəyov və onun ətrafına toplaşan Azərbaycan ziyalıları A.N.Yermolayevanın şəxsi məktəbinin dövlət orta ixtisas musiqi məktəbinə çevrilməsinə nail olmuşlar. 1922-ci ildə Xalq Maarif Komissarlığının qərarı ilə Ü.Hacıbəyov məktəb direktoru təyin edilmişdir. Onun rəhbərliyi dövründə məktəbə milli kadrlar ın cəlb olunması prosesi sürətlənmiş, xalq musiqi yaradıcılığına maraq xeyli artmış, gələcəyin professional musiqi kadrlarının hazırlanması üçün geniş imkanlar açılmışdır.

  1922-ci il aprelin 22-də Azərbaycan İncəsənət İdarəsinin o vaxtkı rəhbəri bəstəkar M.Maqomayevin və şəxsən Ü.Hacıbəyovun uzaqgörənliyi və səyi nəticəsində məktəb <<Şərq Konservatoriyası>> adlanmağa başlamışdır. Zaman keçdikcə məktəbə qəbul olunanların milli tərkibi də dəyişmiş, azərbaycanlıların sayı artmışdı. Məktəbin ilk tələbələrindən Asəf Zeynallı, Səid Rüstəmov, Xurşud Ağayeva, Əşrəf Həsənov və başqaları sonradan məşhur musiqiçilər oldular. Bu illərdə məktəb respublikanın şəhər və rayolarında fəaliyyət göstərən musiqi məktəbləri üçün metodiki baza rolunu oynayırdı. Buarada H.Sarabski, Q.Hüseynli, A.Məşədibəyov, A.G.Məmmədbəyli, R.Əfəndiyev, S.Rüstəmov, H.Xanməmmədov kimi məşhur sənətçilər pedoqoji fəaliyyət göstərir, Azərbaycan Dövlət Konservatoriyası, uşaq musiqi məktəbləri, bədii özfəaliyyət kollektivləri üçün yüzlərlə yüksək ixtisaslı mütəxəssis yetişdirmişdir.

Картинки по запросу musiqi kolleci

 1953-cü ildə məktəbə onun öz yetirməsi, istedadlı bəstəkar Asəf Zeynallı adı verildi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 mart 2000-ci il tarixli qərarı ilə 100 illik yubileyi münasibətilə məktəbin statusu dəyişdirilmiş, ona Kollec adı verilmişdir. 2011-ci ilin avqust ayından Azərbaycan Milli Konservatoriyası təsis edilmiş və kollec konservatoriya tərkibində öz fəaliyyətini davam etdirir. Azərbaycan Respublikası təhsil nazirinin 14 fevral 2008-ci il tarixli 194 saylı əmri ilə Musiqi Kollecinin 110 illik yubileyi keçirilmişdir. Təkcə Azərbaycanda deyil, bütün Şərq dünyasında ilk professional musiqi tədrisi ocağı olan məktəb yüzlərlə dünya şöhrətli, xalqımıza baş ucalığı gətirən bəstəkarlar – Qara Qarayev, Fikrət Əmirov, Arif Məlikov, Niyazi, Tofiq Quliyev, Soltan Hacıbəyov, Əfrasiyab Bədəlbəyli, Cövdət Hacıyev, Əşrəf Abbasov, Süleyman Ələsgərov, kimi dahi sənətkarlar yetişdirmişdir. Cəsarətlə deyə bilərik ki, çağdaş Azərbaycan bəstəkarlıq məktəbinin əsası məhz bu təhsil ocağında qoyulmuşdur. Görkəmli xanəndələr – Seyid Şuşinski, Xan Şuşinski, Zülfü Adıgözəlov, Həqiqət Rzayeva, Şövkət Ələkbərova, Rübabə Muradova, Hacıbaba Hüseynov, məşhur tarzənlər – Qurban Primov, Mirzə Mənsur, Əhməd Bakıxanov, Bəhram Mənsurov, Hacı Məmmədov, Əhsən Dadaşov, Baba Salahov və başqaları öz ömür və yaradıcılıqlarını bu təhsil ocağına bağlamışlar. Milli mədəniyyətimizin iftixarı olan Arif Məlikov, Tofiq Bakixanov, Müslüm Maqomayev, Lütfiyar İmanov, Zeyneb Xanlarova, Azər Dadaşov, Habil Əliyev, Vaqif Mustafazadə, Rafiq Babayev, Ramiz Mustafayev və digər adlı – sanlı sənətçilər məktəbin yetirmləridirlər. Fəaliyyəti dövründə məktəbin yetirmələrindən 9 nəfəri (Q. Qarayev, F.Əmirov, Niyazi, A.Məlikov, R.Hacıyev, M.Maqomayev, F.Əhmədov, Z.Xanlarova, L.İmanov) SSRİ xalq artisti, 80-dən çoxu Azərbaycan xalq artisti, 32 nəfər əməkdar incəsənət xadimi, 70-dən çox əməkdar artist, 12 nəfər əməkdar müəllim kimi fəxri adlara layiq görülmüşlər. “Muğam – 2005” televiziya müsabiqəsində kollecin tələbələri Təyyar Bayramov 1-ci yer, Babək Niftəliyev 3-cü yeri tutmuş, Elnur Zeynalov , Aytən Məhərromova, Elşad Məmmədov isə diplomlara layiq görülmüşlər. Heydər Əliyev Fondu tərəfindən təşkil edilmiş “Muğam – 2007” televiziya müsabiqəsində isə 20 finalçıdan 12 nəfəri kollecin tələbə və məzunlarından ibarət olmuşdur. 2008-2009-cu illərdə Musiqi Kollecinin 4 tələbəsi Azərbaycan Respublikası Prezidentinin xüsusi təqaüdünə layiq görülmüş və adları Azərbaycanın gənc istedadlarının <<Qızıl kitab>>ına daxil edilmişdir. Hazırda Musiqi Kollecində 6 ixtisas üzrə 15 fənn birləşmə komissiyası fəaliyyət göstərir. Bu struktur bölmələrində 214 əsas və 70 əvəzçi müəllim çalışır. Onlardan 11 nəfəri elmlər namizədidir. Müəllim heyətindən 12 nəfər respublikanın xalq artisiti, 13 nəfər respublikanın əməkdar artisiti, 2 nəfər respublikanın əməkdar incəsənət xadimi, 5 nəfər respublikanın müəllimi yüksək fəxri adı alanlardır. Musiqi kollecində 6 ixtisas üzrə 1498 tələbə təhsil alır.

 Kollecin direktoru əməkdar incəsənət xadimi, professor Nazim Kazımov 40 ildən çoxdur ki, elmi-pedaqoji fəaliyyətlə məşğuldur. 70-ə yaxın yaşı olan Kazım müəllimin bu ömür yolu bütövlükdə təhsilimizə, insanı həmişə ali məqama səsləyən musiqimizə, nəticə etibarilə vətənə, xalqa fədakarlıqla xidmət nümunəsidir.

 Картинки по запросу nazim kazımov

Nazim Kazımov 1950-ci aprelin 4-də Naxçıvanda anadan olmuş, orta təhsilini 1 nömrəli məktəbdə alıb. Onda gələcəkdə bütöv bir ömür həsr etdiyi musiqiyə həvəs hələ orta məktəb illərindən yaranıb. Çoxlarından fərqli olaraq, bu həvəsin keçici olmadığını, körpə qəlbdə böyük musiqi qabiliyyətinin çağladığını fəhmlə duyan valideynləri Nazimi orta məktəbdə oxuya-oxuya həm də musiqi məktəbinin tar sinfinə qoyublar. Musiqiyə, Azərbaycan xalq çalğı alətlərinin şahı saylıan tara vurğunluq Nazim Kazımovun gələcək həyat yolunu müəyyənləşdirib. O, orta məktəbi başa vurduğu 1966-cı ildə sənədlərini Asəf Zeynallı adına Azərbaycan Dövlət Musiqi Texnikumuna vermiş və xalq çalğı alətləri şöbəsinin tar sinfinə qəbul olunub. Lakin gələcəkdə arzularını gerçəkləşdirmək üçün orta ixtisas təhsilinin kifayət etməyəcəyini duyan, eyni zamanda, ədəbiyyatımızı da musiqimizdən az sevməyən gənc Nazim musiqi texnikumunda oxuya-oxuya 1967-ci ildə Bakı Dövlət Universitetinin qiyabi şöbəsinə də daxil olmuş, ali filoloq təhsili alıb.1970-ci ildə texnikumu uğurla bitirib təyinatla Əli Bayramlı şəhər (indiki Şirvan) musiqi məktəbinə göndərilən N.Kazımov 3 il burada tar müəllimi işləyib.

O, 1973-cü ildə həm Bakı Dövlət Universitetini bitirmiş, həm də Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının xalq çalğı alətləri şöbəsinə daxil olub. Bu müqəddəs musiqi məbədgahında Nazim müəllim xalqımızın görkəmli sənətkarları, xalq artisti, Dövlət mükafatı laureatı professor Səid Rüstəmovdan (tar ixtisası üzrə) və xalq artisti professor Süleyman Ələsgərovdan (dirijorluq ixtisası üzrə) dərs alıb. Nazim Kazımovu ifaçılıq və müəllimlik istedadını görüb duyan və yüksək qiymətləndirən Səid Rüstəmov hələ o dövrdə yazırdı: "Taleyin gərdişi ilə tələbəm olan Nazim Kazımov çox qabiliyyətli və həssas musiqiçidir. Onun ifaçılıqda və pedaqoji fəaliyyətdə böyük uğurlar qazanacağına əminəm".

Nazim müəllim sonralar öz fəaliyyəti ilə müəlliminin bu qənaətini tam doğruldub. Konservatoriyada oxuduğu 1973-78-ci illərdə N.Kazımov həm də paytaxtın 15 nömrəli musiqi məktəbində xalq çalğı alətləri şöbəsinin müdiri kimi əmək fəaliyyətini davam etdirib.

1978-ci ildə konservatoriyanı bitirib təyinatla yenidən ilk əmək fəaliyyətinə başladığı Əli Bayramlı musiqi məktəbinə göndərilən Nazim Kazımov 4 il burada müəllim və direktor müavini kimi çalışıb, 1981-1984-cü illərdə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının Xalq musiqisi kafedrasında müəllim, 1984-cü ildən 1992-ci ilədək isə Əli Bayramlı musiqi məktəbində direktor vəzifəsində işləyib. 1992-ci ildə tale onu yenidən paytaxta gətirmiş, 9 il ərzində Təhsil Nazirliyində inspektor, aparıcı mütəxəssis, baş mütəxəssis və idarə rəisinin müavini vəzifələrində çalışıb.

Musiqi məktəbinin direktoru kimi çoxillik təcrübəsi, idarəetmə sahəsindəki bacarığı və yüksək təşkilatçılıq qabiliyyətini nəzərə alaraq 2001-ci ildə onu vaxtilə təhsil aldığı A.Zeynallı adına Musiqi Texnikumuna - həmin ərəfədə artıq Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinə çevrilən bu məşhur musiqi təhsili ocağına direktor təyin etdilər. O vaxtdan həmin vəzifədə çalışaraq yüksək ixtisaslı milli musiqi kadrlarının hazırlanmasında yaxından iştirak edir.

Nazim Kazımov eyni zamanda, pedaqoji fəaliyyətini də uğurla davam etdirir. O, 1993-2006-cı illərdə Azərbaycan Dövlət Konservatoriyasının Xalq çalğı alətləri kafedrasında müəllim işləyib, 1997-ci ildə həmin kafedranın dosenti seçilib. Hazırda Azərbaycan Milli Konservatoriyasının Xalq çalğı alətləri kafedrasının professorudur.

N.Kazımovun pedaqoji və elmi-tədqiqatçılıq fəaliyyəti həmişə bir-biri ilə paralel getmiş, o, işlədiyi bütün təhsil ocaqlarında elmi axtarışlarla da müntəzəm məşğul olub. Onun Azərbaycan muğamlarının tərbiyəvi əhəmiyyətinin açılıb göstərilməsinə və təlim-tərbiyə prosesində onlardan istifadəyə həsr olunmuş elmi araşdırmaları bu baxımdan xüsusilə diqqətəlayiqdir. N.Kazımov bu istiqamətdə apardığı çoxillik gərgin axtarışlarının nəticələrini pedaqoji elmlər doktoru Vidadi Xəlilovun elmi rəhbərliyi ilə yazdığı və 1997-ci ildə uğurla müdafiə etdiyi "Ümumtəhsil məktəblərində şagirdlərin musiqi qabiliyyətlərinin inkişafında muğam nümunələrindən istifadə üzrə işin sistemi" mövzusunda namizədlik dissertasiyasında ümumiləşdirib. Həmin dissertasiya əsasında hazırlayıb 2000-ci ildə çap etdirdiyi "Ümumtəhsil məktəblərində muğamların tədrisi məsələləri" monoqrafiyası on ilə yaxındır ki, musiqi müəllimlərinin, problemin nəzəri-metodik məsələləri ilə məşğul olan mütəxəssislərin stolüstü vəsaitinə çevrilib.

  Похожее изображение

 Təhsil Nazirliyində çalışdığı illərdə musiqi təhsilinin elmi-metodik təminatının gücləndirilməsinə xüsusi diqqət yetirən N.Kazımov ölkənin ən səriştəli musiqişünaslarını, pedaqoq və metodist alimlərini bu işlərə cəlb etməklə yanaşı, özü də çoxlu sayda dərs vəsaiti, proqram, metodik tövsiyə hazırlayaraq çap etdirmiş, pedaqoji mətbuatda elmi-metodik məqalələrlə müntəzəm çıxış edib. Onun qələminin məhsulu olan "Tar, kamança, qanun ixtisası üzrə pedaqoji təcrübə proqramı" (Bakı 1998), "Ümumtəhsil məktəblərində muğamların tədrisi və tərbiyəvi əhəmiyyəti" (1996), "Tar ilə fortepiano üçün pyeslər" adlı proqram, metodik vəsait və tövsiyələr, onlarca elmi məqalə həm Musiqi Akademiyasının, Milli Konservatoriyanın, həm də orta ixtisas musiqi məktəblərinin müəllim və tələbələri üçün dəyərli vəsaitlər kimi qiymətləndirilir.

Nazim Kazımovun əməyi dövlətimiz tərəfindən layiqincə qiymətləndirilib. 2006-cı ildə möhtərəm Prezidentimiz İlham Əliyevin sərəncamı ilə ona əməkdar incəsənət xadimi fəxri adı, Təhsil Nazirliyinin "Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi" döş nişanı verilib.

Azər Abdul.

Картинки по запросу musiqi kolleciКартинки по запросу musiqi kolleci 






Fikirlər