Trans yağlarla qidalanan insanlarda infarkt riski 3 dəfə daha yüksəkdir. Bu, gənc yaşda ölümə yol açan ən əsas səbəblərdəndir.
"AzerTaym.az" Medicina.az-a istinadən xəbər verir ki, trans yağların ən zərərli təsiri orqanizmdəki yağ balansını pozaraq LDL adlanan "pis xolesterol” səviyyəsini artırmasıdır. "Yaxşı xolesterol” səviyyəsinin azalması ən əsas ürək-damar sağlamlığına mənfi təsir edir.
Elmi araşdırmalar nəticəsində məlum olub ki, trans yağ səviyyəsi yüksək olan insanlarda infarkt keçirmə riski 3 dəfəyə qədər artır. Bu isə insan həyatı üçün çox böyük təhlükə yaradır. Ürək xəstəliklərindən əlavə, piylənmə, qaraciyər yağlanması, metobolik sindrom, diabet, altsheymer, parkinson kimi nevroloji xəstəliklərə, hamiləlik zamanı düşük riskinə, sonsuzluğa, hətta süd vəzi, bağırsaq xərçənginə səbəb olur.
Əsasən də hazır kartof qızartması, biskvit, kreker, şokolad kimi qidaların tərkibində trans yağların miqdarı çoxdur. Bir çox marqarin növlərində, "fast food” qidalarda trans yağlarının miqdarı normadan çoxdur.
Dünyadakı sağlamlıq təşkilatları insanlara bu cür qidalardan mümkün qədər az istifadə etməyi məsləhət bilirlər.
Trans yağların zərərli təsirinə məruz qalmamaq üçün isə qidaları sobada bişirərək və ya suda qaynadaraq yemək məsləhətdir. Həmçinin də marqarin yerinə zeytun və kərə yağına üstünlük verilməlidir.