Mahir 2 qol vurdu, “Qarabağ” qalib gəldi - Mövsümün BOMBARDIRI OLDU
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 2018/19 mövsümünə yekun vurulacaq. “Qafqazinfo” xəbər verir ki, sonuncu - 28-ci turun bütün oyunları eyni günə təsadüf edəcək. Turun və mövsümün sonuncu matçında isə artıq çempionluğu təmin etmiş “Qarabağ” əsas izləyicisi və gümüş medallarla kifayətlənməli olan “Neftçi”nin qonağıdır. *** Oyun başlayıb. Mahir Mədətov 15-ci dəqiqədə hesabı açır. *** Emin Mahmudov 38-ci dəqiqədə penaltidən vurduğu topla hesabı bərabərləşdirir. *** Oyunun 40-cı dəqiqəsində Sansonenin vurduğu qolla "Neftçi" 2:1 önə keçir. *** İkinci hissə başladı. Mahir Mədətov 64-cü dəqiqədə hesabı 2:2 edir. *** Riçard Almeyda 90-cı dəqiqədə “Qarabağ”ı önə keçirir. *** Oyun bitdi. **** Topaz Premyer Liqasında 2018/2019-cu il mövsümünə yekun vurulub. “Qafqazinfo” xəbər verir ki, “Qarabağ”ın futbolçusu Mahir Mədətov mövsümün bombardiri olub. O, 16 qolla bütün rəqiblərini qabaqlayıb.