BMT-nin Bakı ofisi iranlı qaçqınları aldadır – “10 ildir ki, get-gələ salıblar”

BMT-nin Bakı ofisi iranlı qaçqınları aldadır – “10 ildir ki, get-gələ salıblar”İrandan Azərbaycana gələn dörd nəfər qaçqın 1 aya yaxındır ki, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı qarşısında etiraz aksiyası keçirir.

"AzerTaym.az" xəbər verir ki,bu barədə AzNews.az-a aksiyaçılardan biri Babək Muğanlı məlumat verib. Bildirib ki, 10 ildir ki, Azərbaycandadırlar, lakin hələ də onlara 3-cü ölkədən sığınacaq verməyiblər. B.Muğanlının sözlərinə görə, bu qədər müddətdir qurum qarşısında aksiya keçirsələr də, onların istəklərinə baxan yoxdur: “Əvvəllər bizə deyirlər ki, BMT baş ofisinin rəhbəri məzuniyyətdədir. Qayıdan kimi həll edəcəyik. Amma bu tərəfdən də görürük ki, 3 il, 4 il əvvəl İrandan qaçqın düşənlərə 3-cü ölkədən sığınacaq verirlər. 10 ildir biz gözləyirik, get-gələ salıblar, bəs bizə niyə vermirlər? Demək ki, burada da bir “görünməyən əl” var”.

İrandan olan qaçqınlar siyasi fəaliyyətlərinə görə təqib olunduqları üçün başqa ölkəyə getmək istəyirlər: “Biz 4 nəfər idik. Amma sonradan aksiyamıza qoşulanlar çoxaldı. Aramızda fars da var. Bəzilərimiz siyasi fəaliyyətimizə görə qaçmışıq. Aramızda xristian da var ki, o da dininə görə təztiqlərə məruz qalır. Asayişimiz olsaydı ölkəmizi qoyub qaçmazdıq”.

Aksiyaçılar 3-cü ölkədən sığınacaq almayana kimi BMT Qaçqınlar üzrə Ali Komissarlığı qarşısında aksiyaya davam edəcəklərini bildiriblər.

Məlumat üçün bildirək ki, aksiyaçılar on ildən artıqdır ki, BMT-nin Bakıdakı nümayyəndəliyində qeydiyyatdadırlar.






Fikirlər