“O villalara göz yuman məmurlara səslənirəm...”

“O villalara göz yuman məmurlara səslənirəm...”

Xəbər verdiyimiz kimi, ötən gün Qarabağ əlili Sərxan Musayevin Biləcəri qəsəbəsində tikdiyi ev SOCAR əməkdaşları tərəfindən sökülərkən insident baş verib. Hadisə nəticəsində bir qrup Qarabağ əlili ilə məmurlar arasında əlbəyaxa dava baş verib.

"AzerTaym.az" yenisabah.az-a istinadən xəbər verir ki, hadisə ilə bağlı Qarabağ qazisi Kamil Musəvi əlillərə dəstək verib. O, həmin dava ilə bağlı məyusedici video ilə tanış olduğunu bildirib:

Orada Qarabağ əlillərinə qarşı hörmətsizlik, zorakılıq tətbiq olunurdu. Həmin Qarabağ qazisinin tikdiyi evin ətrafında tikilən villalara göz yuman məmurlara səslənirəm. Əgər siz göz yummağı bacarırsınızsa, bilin ki, göz yumulacaq birinci şəxslər Qarabağ qaziləridir. Bir şeyi də unutmayın. Bu gün xalqımız rahat yaşayırsa, bu gün sizlər vəzifədə, kresloda rahat oturursunuzsa, ilk olaraq şəhidlərimizə, qazilərimizə və cəbhədə dayanan əsgərlərimizə borclusunuz”. 

 

 






Fikirlər