"Oğluma müğənni qız alaram" - Ədalət Şükürov

"Oğluma müğənni qız alaram" - Ədalət Şükürov

"Oğlum müğənni xanım almaq istəsə, biz valideynləri etiraz etməyəcəyik. Allah xoşbəxt eləsin".

"AzerTaym.az" axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Ədalət Şükürov "Söhbət var" verilişində deyib. Müğənni şou-biznesdə qalmaqala səbəb olan "Oğluma müğənni qız almaram" sözünə münasibət bildirib:

"Bir çox müğğənnilərin övladların tanımırsız. Onlar göstərmirlər. Mədəni, istiqanlı, ali savadlı, əsgərliyə gedən övladlar bizdə çoxdur. Biz incəsənət adamları övladlarımızla fəxr edirik.

Həyat yoldaşım mənə ərə gələndə bilmirdi ki, Ədalət müğənni olacaq. Fəxr edirəm sənətimlə. Sənətdə olan dostlarımla fəxr edirəm ki, gözəl ailələri var. Adam var heç müğənni deyil, amma 1 aydan sonra boşanır. Onun sənətə heç bir aidiyyatı yoxdur".

Qeyd edək ki, Əməkdar artist Elnarə Abdullayeva "Oğluma müğənni qız almaram" deyərək, bir çox sənət adamı ilə qalmaqal yaşamışdı.

 

 






Fikirlər