Kərəm Həsənov və Zahid İsayev vəzifəsiz qaldılar
Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanı ilə Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi müvafiq dövlət xidmətləri statusunda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilib. "AzerTaym.az"
2009-cu ildən Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin rəhbəri vəzifəsini icra edən Kərəm Həsənov isə komitə sədri kimi vəzifəsini itirib. Həmin Komitə bundan sonra İqtisadiyyat Nazirliyinin tabeliyində Xidmət kimi fəaliyyət göstərəcək. K.Həsənovun isə həmin Xidmətdə çalışıb-çalışmayacağı isə məlum deyil.
Eyni məsələ Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin rəisi Zahid İsayevə də aiddir. O, Agentlik sədri vəzifəsini itirib və Xidmət rəhbəri kimi işləyəcəyi bilinmir.