XİN, Təhsil Nazirliyi bununla bağlı açıqlama verməlidi” - "PRİMAKOV MƏSƏLƏSİ" böyüyür
“Bu, "Primakov məsələsi" həqiqətən biabırçılıqdır. Bu məlumatları oxuyanda çox təəcübləndim”. “AzerTaym.az" bildirir ki, verir ki, bu sözləri tanınmış ekspert, Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz deyib. Deputatlarla bağlı sərt fikirlər səsləndirən O. Gündüz sözlərinə belə davam edib: “Dünən Bakıda Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində 20 Yanvar qətliamının əsas təşkilatçılarından olan Yevgeni Primakovun 90 illiyinə həsr olunmuş sərgi açılıb və BSU-da onunla bağlı yazı müsabiqəsi təşkil olunub. Bu qədər etinasızlıq, dövlətə və xalqa qarşı bu dərəcədə sayğısızlıq necə ola bilər axı? Nədir burada məqsəd? Təşkilatçılar bununla nə demək istəyirlər? Düşünürəm ki, “Primakov sərgisi” dayandırılmalı, müsabiqə ləğv edilməlidir. Səlahiyyətli qurumlar, Xarici İşlər Nazirliyi (XİN), BSU rəhbərliyi, Təhsil Nazirliyi bununla bağlı açıqlama verməlidirlər. Belə halların təkrarlanmaması üçün vəzifəli şəxslərin məsuliyyəti artırılmalıdır”.