31 may tarixindən sonra karantin rejimi uzadılacaq? - RƏSMİ AÇIQLAMA
"Mayın 31-dən sonrakı dövrdə karantin rejiminin uzadılması ilə əlaqədar indiki mərhələdə fikir söyləmək bir qədər erkən olardı". "AzerTaym.az" BAKU.WS-a istinadən xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Azərbaycan Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib. Onun sözlərinə görə, vəziyyətin qiymətləndirilməsi region və dünyadakı proseslərin qiymətləndirilməsi ilə əlaqədar olacaq: "Hesab edirik ki, karantin rejiminin uzadılması, müəyyən yumşaldılma və sərtləşdirmə tədbirləri ola bilər. Bu mövcud vəziyyətdən asılı olacaq".