Nijde haqqında yeni faktlar - AzTV-də - VIDEO
“Tarixin izi ilə” sənədli filmlər silsiləsinin növbəti “Tarixin qara ləkəsi - Qaregin Njde” adlı buraxılışı erməni cəlladına həsr olunub Azərbaycan Televiziyasının efirində yayımlanan layihələrdən biri də “Tarixin izi ilə” sənədli filmlər silsiləsi adlanır. Tarixi mövzulara həsr olunan bu filmlər müasir dizayn və qrafika üslubunda hazırlanaraq tamaşaçılara təqdim olunur. Ictimai-siyasi proqramlar Baş redaksiyasının “Tarix” şöbəsinin təqdim etdiyi 20 dəqiqəlik filmlər arxiv sənədləri, tarixi fakt və dəlillər əsasında hazırlanır. Verilişin bu dəfəki mövzusu faşist cəlladı kimi tanınan Qaregin Njdeyə həsr olunub. Məlumat üçün deyək ki, Qaregin Njde İkinci Dünya müharibəsi dövründə faşist Almaniyasının SS mühafizə alayında və alman ordusunda xüsusi amansızlığı ilə seçilən ermənilər arasında qəddar və satqın bir şəxs kimi tanınıb. “Tarixin izi ilə” filmlər silsiləsinin növbəti sayında isə erməni terror təşkilatlarının fəaliyyəti araşdırılacaq, onların tarix boyu dünyanın müxtəlif yerlərində, o cümlədən, Azərbaycanda törətdiyi dəhşətli qanlı təxribatlar danılmaz faktlar və sənədlər əsasında ifşa olunacaq. Qeyd edək ki, layihənin ssenari müəllifi Mahir Qəribov, rejissorları İsmayıl Musayev və Elmir Süleymanovdur, qrafika işləri isə Ayaz Qasımbəyliyə aiddir. Layihənin rəhbəri Sərvər Bayramovdur. /“Qafqazinfo”