PUTİN TƏCİLİ OLARAQ YERİNƏ ONU GƏTİRİR - Kremldə “Xruşş...” dedikləri varis

İngilətərə dərc olunan “The Economist” nəşri son sayının üz qabığına "Putin nədən qorxur" başlığını çıxarıb

Belarusda baş verənlər, rusiyalı müxalifətçi Aleksey Navalnının zəhərlənməsi Rusiya prezidenti Valadimir Putini yenidən hədəfə çıxarıb. Məlumdur ki, seçkiləri saxtalaşdırıldığını iddia edən Belarus müxalifətinin tərəfdarları Aleksandr Lukaşenkonun hakimiyyətdən getməsini tələb edirlər. Putin isə deyib ki, Lukaşenko ondan hərbi dəstək istəyib və bu dəstək “Belarusa xarici təhlükə olacağlı təqdirdə” mütləq veriləcək.

İngilətərə dərc olunan “The Economist” nəşri son sayının üz qabığına "Putin nədən qorxur" başlığını çıxarıb. Məqalə diktatorların ölkəsində üzləşdiyi aktual problemlərə həsr olunub və bunlar Rusiya prezidenti Vladimir Putinin timsalında araşdırılıb. Jurnalın üz qabığından göründüyü kimi, Putin belarusların etiraz simvoluna çevrilmiş ağ-qırmızı-ağ bayrağın üstündə əks olunub. Digər tərəfdə, müəmmalı şəkildə zəhərlənən müxalifətçi Navalnıdır.

 

 

Kollajda Xabarovsk vilayətinin həbs edilmiş keçmiş qubernatoru Sergey Furqalın şəklini tuitmuş etirazçının şəkli yerləşdirilib. Seçkilərdə hakim “Vahid Rusiya” Partiyasının namizədinə qalib gəlmiş qubernator iki aya yaxındır həbsdədir. Onu bir neçə il əvvəl baş vermiş bir qətlin sifarişçisi kimi tiutublar. Amma vilayətin əhalisi bu qərarı siyasi hesab edir və Rusiyanın müasir tarixində ən uzunmüddətli aksiyalar keçirirlər.

Əsas məqalənin başlığı isə fərqlidir: "Ruslar və belaruslar geriyə baxan avtokratlardan bezdilər". 

Nüfuzlu nəşr hazırda Almaniyada müalicə olunan Navalnını “korrupsiyaya qarşı mübarizə aparan və Putinin prezidentlik uğrunda mübarizədəki ən populyar rəqibi” adlandırır. Məqalədə yazılır ki, bu cür rejimlər qorxu içində yaşayırlar: “Qorxurlar ki, bir gün insanlar yalanlarına, oğurluqlarına və zülmlərinə dözməyəcəklər”.

Nəşr vurğulayır ki, bütün təbliğat maşınını özlərinə işlətmələrinə baxmayaraq, xalqın Putinə və müttəfiqi Lukaşenkonun dəstəyi tükəndiyi təəssüratı artmaqdadır. 

“Buna görə Kremlin inkar etməsinıə baxmayaraq, idarəetmədə dəyənək və şprisə(zəhərlənmə nəzərdə tutulur-O.Ə) müraciət edirlər ”deyə, jurnal yazır.

 

Mixail Mişustin

 

Bu arada Rusiya mediasında Putinin hakimiyyətdən getməsi planları barədə müzakirələr yenidən aktallaşıb. Məlumdur ki, bu ilin yayında konstitusiyaya dəyişikliklər edilib. Referendumundan əvvəl də, sonra da ən populyar versiya Putinin Dövlət Şurasına rəhbərlik edəcəyi idi. Bildirilirdi ki, Putin rusların böyük əksəriyyətinin maraqlarına uyğun olan prezidenti müəyyən edəcək və cəmiyyəti sakitləşdirməklə bərabər hakimiyyəti öz siyasi xəttini davam etdirəcək xələfinə təhvil verəcək.

 

Valeri Solovey

 

Lakin politoloq Valeri Solovey Novosibirskdəki müstəqil Müzakirə Klubunun rəhbəri Arkady Yankovski ilə müsahibəsində çox maraqlı detalları açıqlayıb. Mesahibə haqda yazan sobesednik.ru saytının xəbərinə görə, Solovey Putinin belə bir sxemi həyata keçirəcəyinə inanmır:“Mənim nəzərimə görə, bu ssenarinin gerçəkləşmə ehtimalı sıfıra bərabərdir. Çünki belə olacağı təqdirdə əvvəlcə aşağıdan gələn təzyiq, daha sonra elitaların bölünməsi nəticəsində sistem çökəcək. Bu mənada tanınmış politoloq deyib ki, hər şey inqilabi dəyişiklikdə olduğu kimi, birdən başlaya və çox sürətlə inkişaf edə bilər.

“Vaxt yoxdur. Söhbət tarixi vaxtdan getmir. Bu, real vaxtdır, sayma illərlə deyil, aylarla davam edir. İndi deyirlər ki, Belarusda baş verənlər 2024-cü ildəki prezident seçkisində Rusiyada da ola bilər» deyə, o bildirib. 

Politoloq iddia edib ki, hər şey 2022-ci ilə qədər həll ediləcək. Kreml Rusiyada geniş qarışıqlıq başlamazdan əvvəl varis əməliyyatını gerçəkləşdirməyə ümid edir. Hamı başa düşür ki, varislə bağlı qərar çox tez verilməlidir. Putinin hakimiyyətə necə gəldiyini yada salın. Həm gözləmilməz və təcili oldu. Çünki vaxt yox idi. İndi də vəziyyət eynidir”.

 

 

Politoloqun verdiyi məlumata görə, siyasi elita indi Putinin mümkün güvənilən varisi kimi baş nazir Mixail Mişustinigörür. 

“Onun Rusiyanın quberniyalarına son işgüzar səfərlərinə nə qədər diqqət yetirildiyinə baxsanız, hər şeyi başa düşəcəksiniz. Mişustini istəyirlər!” Solovey sonda “indi sizə sensasiyalı məlumat deyəcəm” sözləri ilə diqqəti yenə Mişustinin personasına yönəldir: “Kremldə onun bir ləqəbi var. Xruşş... Həm də Nikita Xruşşova bənzədiyi üçün belə deyirlər. Xruşş...”






Fikirlər