ABŞ və Çinin ümumi maraq dairələrini müzakirə etdilər ...

ABŞ və Çinin ümumi maraq dairələrini müzakirə etdilər 

 ABŞ Prezidenti Co Bayden və ÇXR Sədri Si Cinpin arasında telefon danışığı olub.

“Qafqazinfo” Ağ Evin mətbuat xidmətinə istinadən xəbər verir ki, liderlər geniş strateji müzakirələr aparıblar.

“Maraqlarımızın üst-üstə düşdüyü sahələri, həmçinin maraqlarımızın, dəyərlərimizin və baxışlarımızın ayrıldığı sahələri müzakirə ediblər. Onlar hər iki qrup məsələni açıq və birbaşa müzakirə etmək barədə razılığa gəliblər”, - Ağ Evdə qeyd ediblər.

Bayden və Si Cinpin, həmçinin iki ölkə arasında rəqabətin münaqişəyə çevrilməməsi üçün ABŞ və Çinin məsuliyyətini müzakirə ediblər.

“Prezident Bayden ABŞ-ın Hindistan-Sakit okean regionunda və bütün dünyada sülh, sabitlik və çiçəklənməyə daim maraqlı olduğunu vurğulayıb. İki lider (onlar arasında) rəqabətin münaqişəyə çevrilməməsinə görə hər iki ölkənin məsuliyyətini müzakirə ediblər”, - Ağ Evdə qeyd ediblər.

Bayden Si Cinpinlə söhbətində ABŞ-ın Hindistan-Sakit okean regionunun sabitliyində maraqlı olduğunu vurğulayıb.

 

 

 






Fikirlər