Əli İnsanov qardaşının dəfninə buraxılmadı
Sabiq səhiyyə naziri Əli İnsanov dünyasını dəyişən qardaşının – Məhəmməd İnsanovun yas mərasiminə buraxılmayacaq. Bu barədə “Qafqazinfo”ya məhkumun vəkili Toğrul Babayev məlum verib. Onun sözlərinə görə, 13 saylı cəzaçəkmə müəssisəsinin rəhbərliyi Ə.İnsanovun dəfn mərasimində iştirakına razılıq verməyib. Qeyd edək ki, sabiq nazir 2007-ci ilin aprel ayında korrupsiya, vəzifə səlahiyyətlərini aşma ittihamı ilə əmlakı müsadirə olunmaqla 11 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.