Rus qoşunları itkilərini AÇIQLADI – Zərər çox BÖYÜKDÜR...

 Müharibə olsa da, olmasa da, Putin ölkəsinə ziyan vurub - Qərb mediası

Rusiyanın Ukraynaya hücumundan sonra hər iki ölkə böyük itkilər verməyə başlayıb.

Medianews.az xəbər verir ki, Rusiyanın dövlət xəbər agentliyi TASS ilk dəfə rus hərbçilərinin itkiləri ilə bağlı məlumatları dərc etsə də, tezliklə məlumatları silib.

“Rusiya ciddi itkilər verir” açıqlaması verən agentliyin paylaşdığı məlumatlara görə; 14 döyüş təyyarəsi, 8 helikopter, 102 tank, 536 zirehli texnika və 15 artilleriya qurğusu məhv edilib. Bundan əlavə, açıqlamada 3500-dən çox əsgərin öldürüldüyü, yaralandığı və əsir götürüldüyü barədə məlumatlar yer alıb.

Bəyanatda deyilir: “26 fevral saat 12:00-a olan məlumata görə, Rusiya Federasiyası Silahlı Qüvvələri hələ də nəzərəçarpacaq irəliləyiş əldə etməyib. Onlar Ukrayna xalqının gözlənilmədən güclü müqaviməti ilə üzləşirlər. Müdafiə Nazirliyindəki mənbənin sözlərinə görə, rus ordusunun itkiləri sürətlə artmaqda davam edir”.

Ukrayna Daxili İşlər Nazirliyi bu gün səhər yerli vaxtla saat 06:00-a olan məlumata görə, Ukrayna ordusu ölkə boyu 3500-dən çox rus əsgərini öldürüb, 200-dən çox rus əsgərini əsir götürüb, 14 döyüş təyyarəsi və 8 helikopteri vurub. Nazirlik qarşıdurmaların davam etdiyini və 102 Rusiya tankı və 536 zirehli hərbi maşının məhv edildiyini bildirib. Ukrayna Prezidentinin Aparat rəhbərinin müavini Mixail Podolyak 15 artilleriya və “Buk” raket kompleksinin yararsız hala düşdüyü barədə də məlumat paylaşıb.

Ukrayna Səhiyyə Nazirliyi Rusiyanın hücumlarında 5-i uşaq olmaqla 198 nəfərin öldüyünü açıqlayıb. Xəsarət alanların sayının 33-ü uşaq olmaqla 1115 nəfər olduğu bildirilir.

 

 






Fikirlər