3 milyon 14 min rus əsgəri 1 milyon 155 min Ukrayna əsgərinə qarşı

3 milyon 14 min rus əsgəri 1 milyon 155 min Ukrayna əsgərinə qarşı

Rusiya prezidenti Vladimir Putinin Donetski və Luqanskini rəsmən tanıdığını bəyan eməsindən və silahlı qüvvələrinin bölgəyə daxil olmasını əmr etməsindən sonra müharibə ehtimalı daha da yüksəlib.

Yenisabah.az Türkiyə mətbuatına istinadən Rusiya və Ukraynanın hərbi güclərinin müqayisəsini təqdim edir:

Rusiya və Ukraynanın hərbi güc imkanlarına nəzər salsaq, iki ölkə arasında böyük fərq olduğunu görərik.  Nüvə dövləti olan Rusiyanın müdafiə büdcəsi 78 milyard dollar, Ukraynanınkı isə 1,6 milyard dollar. Ukraynanın 1 milyon 155 min, Rusiyanın isə 3 milyon 14 min əsgəri var.

Rusiyanın hava gücündə 1531 hücum təyyarəsi və 538 helikopter var. Ukraynanın isə ümumi döyüş təyyarəsi və helikopter sayı 134-dür.

İki ölkənin hərbi maşınlarında da böyük fərq var. Belə ki, Rusiyanın 13 min tankı və 4465 topu, Ukraynanın isə 2430 tankı və 240 topu var. Rusiya ordusuna aid 27 100 zirehli hərbi maşın olduğu halda, Ukraynanın 11 435 zirehli hərbi maşını var.

Rusiyanın Qara dənizdə 214 hərbi gəmisi olduğu halda Ukraynanın dənizdə cəmi  13 gəmisi var.






Fikirlər