Rusiya-Ukrayna müharibəsinin gizli məqamı: Savaşın görünməyən iştirakçıları
"Hazırda döyüş sahəsində olanlarla yanaşı informasiya məkanında da ciddi mücadilə gedir. NATO və AB tərəfindən sərgilənməsi gərəkən görüntü Ukraynaya öncədən heç bir dəstək verilmədiyi yönündədir və bu uğurla həyata keçirilməkdədir". AzerTaym.az bildirir ki, bunu hərbi analitik, "M5" jurnalının Bakı mərkəzli Qafqaz və Orta Asiya üzrə nümayəndəsi Ruslan İmamquliyev deyib. Mütəxəssis bildirib ki, Rusiya ilə Ukrayna arasındakı müharibə ən çox ABŞ-ın arzuladığı şəkildə davam edir: "Rusiyanın geniş cəbhədə müharibəyə girməsi artıq indidən döyüş sursatlarının tükənməsinə gətirib çıxarıb. Başlanğıcda hava sahəsində üstünlük əldə edə bilməməsi öz fəsadlarını göstərməkdədir. Ordu birləşmələri assimetrik hərb nəzəriyyəsinə görə qismən hazırlıqlıdır və geniş miqyasda bu nöqteyi nəzərdən əməliyyatları idarə etmə qabiliyyətli olmadıqları aşkar görünməkdədir. Ukrayna ordusu aldığı bilgilərlə döyüş sahəsinin kəşfiyyat hazırlığı istiqamətində daha məlumatlıdır. Dərinliklərdə açılmış rus ordusunun maddi və texniki təminatı yetərli olmadığı üçün artıq ordu idarə etmədə özbaşınalıq və fərarilik halları görünməkdədir. İki eyni irq və dindən olan dövlətlərin bu müharibəyə girməsi Rusiya vətəndaşları tərəfindən qınanmaqdadır. Hətta Rusiya generalları arasında ciddi fikir ayrılıqları var. Ümumi olaraq götürsək, siyasi və strateji idarə etmə, müəyyən olunmuş döyüş taktikası, qüvvə nisbəti, qoşunların idarə olunması, maddi-texniki təminat və bir sıra digər amillər üzərindən baxılsa bu müharibə rus ordusunun sovetlər birliyindən sonrakı dönəmdə ciddi bir inkişaf yolu tutmadığını açıq aşkar sərgiləməkdədir. Rusiyanın geri çəkilməməsi dünya müharibəsini qaçılmaz edir. Bu muhəribədə hər iki tərəf zərər görən tərəflərdir. Lakin son proseslərə nəzər saldıqda ümumi vəziyyət indiki məqamda ən çox ABŞ- ın arzuladığı şəkildə davam edir. Əslində bu, Ukrayna-Rusiya savaşı deyil. Bu, ABŞ (-Rusiya), o cümlədən NATO-Rusiya savaşıdır. Hətta deyərdim ki, bu, BRİCS (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika) ölkələri ilə NATO arasında bir dəngə savaşıdır. Burada Ukrayna istənilən halda zərərçəkən tərəfdir. Çünkü müharibə onun ərazisindədir və bundan sonra Ukrayna dəyən istər mənəvi, istər istiqadi zərər-ziyanı aradan qaldırmaq üçün ona uzun illər lazım olacaq. Amma bu müharibədə ABŞ Rusiya ilə birbaşa təmasa girmədiyi üçün, o cümlədən NATO ilə BRİCS birbaşa təmasa girmədiyi üçün, amma Rusiya BRİCS ölkələri adına döyüşə girdiyi üçün təbii ki, Rusiya itirən, ABŞ, o cümlədən NATO qazanan tərəfdir. Çünkü döyüşə girmədən döyüşün müqəddəratına təsir edə bilirlər və bunu sanki "mən döyüşə girmirəm, savaş meydanında yoxam, heç bir şey etmirəm" dediyin halda edirsən. Təbii ki, o zaman Rusiya burada istənilən halda hətta Ukraynanın ərazilərinin bir hissəsini ələ keçirəcək olsa belə itirən tərəfdir". Milii.az pulsuz elanlar
elan saytlari
elanlar
elan az
elan yerləşdirmək
elan yerləşdir
elan yerlesdirmek
kirayə evlər
kirayə evlər 2021
kirayə mənzillər
kirayə mənzil
kirayə ofislər
kirayə müqaviləsi
kirayə evlər 2022
kirayə obyektlər
kirayə anbar