Nazirin şirkəti ilə bağlı borc qalmaqalı ...

Nazirin şirkəti ilə bağlı borc qalmaqalı

Ləğv prosesində olan "Zaminbank”la "Elite İnternational Management" MMC arasında kredit müqaviləsinə görə mübahisə yaranıb. 

Qaynarinfo xəbər verir ki, bank şirkəti müqavilə öhdəliklərinə əməl etməməkdə günahlandırır. Mübahisə məhkəməyə qədər uzanıb. Lakin birinci instansiya bankın iddiasını təmin etməyib.

İş hazırda apelyasiya mərhələsindədir. Bankın şikayəti Bakı Apelyasiya Məhkəməsində Raqib Qurbanovun sədrlik etdiyi hakimlər kollegiyası tərəfindən araşdıralacaq. 

"Elite İntenrnational Managment” MMC fövqəladə hallar naziri Kəmaləddin Heydərovun şirkəti hesab edilir. Nazirin biznes strukturları ilə bağlı mediada dərc edilən araşdırma materiallarında da "Elite İnternational Managment” MMC-nin adına rast gəlinir. 

Şirkət əvvəl iş adamı Ali Evsenə məxsus "Elite Group”a daxil olub. Ali Evsen Qafqaz Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin qudasıdır. 

Bir neçə il əvvəl isə yayılan məlumatlardan aydın olub ki, "Evsen Group” şirkətini Kəmaləddin Heydərov alıb. Bu fakt İspaniya məhkəməsinin sanskisyası əsasında "Evsen Group” şirkətinin bank hesablarının dondurulmasından sonra üzə çıxıb. Həmin vaxt məhkəməyə təqdim edilən sənədlərdən məlum olub ki, "Evsen Group” artıq Ali Evsenə məxsus deyil. 






Fikirlər