ABŞ Dövlət Departamentindən Türkiyəyə F-16 addımı...

ABŞ Dövlət Departamentindən Türkiyəyə F-16 addımı

ABŞ F-16 döyüş təyyarələrinin kommunikasiya sistemi olan “Link-16” taktiki məlumat bağlantısı şəbəkəsinin modernizasiya dəstlərinin Türkiyəyə satışını təsdiqləyib.

 

Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti Konqresə məlumat verib.

Bu addım ikitərəfli münasibətlərdə müsbət kimi qiymətləndirilsə də, ABŞ Dövlət Departamenti uzun müddətdir ki, qeyri-rəsmi bildiriş göndərsə də, rəsmi açıqlama vermirdi.

ABŞ Konqresindəki səlahiyyətli komitə üzvləri 15 gün ərzində etiraz etməsələr, satış baş tutacaq.

ABŞ Dövlət Departamentinin komitələrdən müsbət əhval-ruhiyyə aldığı və daha sonra rəsmi bildiriş verdiyi bildirilsə də, Konqres üzvlərindən hər hansı etiraz gözlənilmir.

Türkiyənin tələb etdiyi yeni F-16 və bəzi mövcud F-16-ların modernləşdirilməsi tələbi ilə bağlı rəsmi bildiriş hələ verilməyib.






Fikirlər