ABŞ-nin Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Kristina Kuin Qarabağ ermənilərinin Azərbaycanda təhlükəsiz yaşamasını mümkün hesab edir.
APA xəbər verir ki, diplomat bu barədə Ermənistan İctimai Televiziyasının efirində bildirib.
"Biz bunun mümkün olduğuna inanırıq və ümid edirik ki, bütün tərəflər bunu reallığa çevirmək üçün birlikdə çalışmalıdır. ABŞ hesab edir ki, bu düzgün yanaşmadır. Biz bütün tərəfləri müəyyən edilmiş hüquqların və təhlükəsizliyin təmin edilməsi üçün birgə səylər göstərməyə çağırırıq. Onu da qeyd etməliyəm ki, tərəflər Qarabağda yaşayan ermənilərin hüquqlarının və təhlükəsizliyinin təmin edilməli olduğuna dair öhdəliklərinə sadiq olduqlarını təsdiqləyiblər və indi tərəflər bunu təmin etmək üçün bir yol tapmalıdırlar”, - deyə Kristina Kuin bildirib.