“BAKI İRƏVANIN QARŞISINDA ŞƏRTLƏR QOYUB” – “Şərtlərdən biri odur ki...”

“Bakı Qərblə sərt tonda danışa bilir, Paşinyan isə...”

“Azərbaycan Qərbə ona diqtə edilən gündəlikə deyil, öz gündəliyi ilə getmək istəyir”.

“AzPolitika.info” xəbər verir ki, bunu erməni politoloq Arqişit Kiviryan Ermənistan mətbuatına açıqlamasında deyib.

Kiviryan hesab edir ki, rəsmi Bakı Qərblə sərt tonda danışmaq imkanına malikdir. Paşinyanın isə belə bir lüksü yoxdur: “Bakı Qərb platformalarında artıq bir dəfə istədiyinə nail oldu – “artsax”(Qarabağ-red.) məsələsini bağladı. Belə olan halda Bakı Sünik( Zəngəzur-red.) məsələsini Qərbin köməyi ilə həll etməyə cəhd edə bilər Azərbaycan və Qərb bir-biri ilə sıx bağlıdır və bundan çıxış edən Bakı Qərbə qarşı sərt bəyanatlar verə bilir... Paşinyana isə qatıldığı danışıqlarda yalnız bu və ya digər qərarları qəbul etdirirlər”.

 

 

Kiviryan hesab edir ki, Paşinyan hakimiyyətinin səhv siyasəti sayəsində Ermənistan Rusiya və İran kimi “təbii müttəfiqlərini” itirib.

Politoloq qeyd edib ki, Azərbaycan rəsmi İrəvanın qarşısında Qarabağdakı keçmiş qondarma qurumun Ermənistandakı fəaliyyəti ilə bağlı şərtlər qoyub: “Qoyulan şərtlərdən biri odur ki, Ermənistanda “artsax”ın (Qarabağdakı qondarma rejimin-red.) “dövlət institutları” fəaliyyət göstərməli deyil, onun bu və ya digər formada reanimasiyası baş verməli deyil”.

Xatırladaq ki, ötən gün Ermənistan parlamentinin spikeri Alen Simonyan İrəvanda sabiq qondarma qurumun “nümayəndəliyi”nin mövcudluğunu “Ermənistanın təhlükəsizliyi üçün təhdid” adlandırmışdı.






Fikirlər