İRANIN ANTİ-TÜRK SİYASƏTİ İFLASA UĞRAYIR...- Tеhran eyni anda Bakını, Ankaranı və Moskvanı qarşısına alır
Azərbaycan və Türkiyə Zəngəzurla bağlı son sözlərini deməyə tələsmirlər İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komitəsinin rəhbəri İbrahim Əzizi Zəngəzur dəhlizini açmağa və Turan birliyni qurmağa çalışan dövlətlərə qarşı açıq təhdidlərlə çıxış edib. O deyib: ˝Zəngəzur dəhlizi İranın bölgədəki gücünü azaltmağa yönəlmiş saxta bir projedir. Belə təhlükəli qərarları alanları xəbərdar edirik, bunun ağır və fəlakətli sonucları olacaq. Bəzi ölkələr Böyük Turan xəyalları qurur. İranı hədəf alan addımlar qarşısında hərəkətsiz qalmayacağız˝. İslam İnqilabi Keşikçiləri Korpusunun rəsmi bəyanatında isə deyilir: ˝Rusiyaya məsləhət görərdik ki, Zəngəzur dəhlizi ideyasından əl çəksin, bu regionda yeni və çox təhlükəli qaynar nöqtənin yaranmasına gətirə bilər˝. Rəsmi Tehran üç qonşu dövləti birdən qarşısına alır. Azərbaycan və Türkiyə İran fars rejimi üçün ən böyək təhlükədir. İranda türklərin sayı farsların sayından xeyli çoxdur və min il boyunca bu coğrafiyanı türklər idarə edib. Bakı və Ankara İranda türkçülüyü aktiv şəkildə dəstəkləməyə başlasa İranda yenidən türk hakimiyyətinin qurulması və ya geniş türk regionlarının öz dövlətlərini elan etmələri qaçılmaz olacaq. Yada salaq ki İranda türk regionu yalnız Cənubi Azərbaycan deyil. Çox geniş ərazilərdə Qaşqay türkləri, Xorasan türkləri, türkmənlər və s. türk toplumları yaşayır. Sayları bəzi məlumatlara görə 45 milyona yaxın olan İran türklərinin yaranmaqda olan Böyük Turana qoşulacaqları zaman məsələsidir. Zəngəzur dəhlizinin açılması isə Turanın qurulması üçün olmazsa, olmazdır. Bu səbəbdən Rəsmi Tehran Zəngəzur dəhlizi ilə Turan məsələsini bir cərgəyə qoyaraq hədəf alır. İrandakı fars hakimiyyətinin antitürk siyasətindəki ən böyük böyük müttəfiqi hər zaman Rusiya olub. İndi isə vəziyyət kökündən dəyişib. Moskva dəhliz məsələsində Tehranın yanında deyil. Əlbəttə, dəhlizin açılmasının Turan birliyi üçün əsas şərt olduğunu Moskva da görür və bu birliyin qurulması Rusiyanın da maraqlarına uyğun deyil. Belə halda sual yaranır. Nə üçün Moskva dəhliz məsələsində Tehrandan fərqli mövqe tutur? Cavab sadədir: Ermənistan kimi zəif bir dövlətin sürətlə böyüyən Turan birliyinə qarşı Zəngəzuru uzun müddət qapalı saxlamaq imkanı sıfıra bərabərdir. Arxasında kim dayanırsa dayansın, türklər bu dəhlizi açacaqlar. Rusiya da açılacağı qacılmaz olan dəhlizə nəzarəti öz əlinə almağa çalışır. Rusiyanın imkanları var və o, dəhlizə nəzrət uğrunda ABŞ-la toqquşur. İranın isə dəhlizə nəzarət mübarizəsinə girişməyə resursları yetmir. İran fars hakimiyyəti üçün dəhlizin açılması ölüm-qalım məsələsidirsə, Rusiya üçün dəhlizi öz nəzarətində açmaq qlobal əhəmiyyətli proyektdən ciddi pay qoparmaqdır. Rusiya bu pay uğrunda sona qədər mübarizə aparacaq və müttəfiqi İranın yaşamaq uğrunda çabalaması Moskva üçün əhəmiyyətli deyil. Politologiyanın klassikasına çevrilmiş ˝əbədi müttəfiqlər yoxdur, əbədi maraqlar var˝ deyimi qüvvədədir. Fars hakimiyyəti çıxılmaz vəziyyətdədir və əsas müttəfiqini itirmənin şokunu yaşayır. Rusiya ilə yanaşı antiqərb cəbhəsində İranın böyük müttəfiqi Çindir. Amma rəsmi Pekin də orta ipək yolunun açılmasında maraqlı olduğunu gizlətmir, bu proyektin inkişafına milyardlarla dollar para xərcləyir. Tehran çətin durumdadır. İki böyük müttəfiqinin hər ikisi dəhlizin açılmasına çalışır. Belə vəziyyət İranı yeni müttəfiq axtarışına sövq edir. Əslində Pezeşkianın seçilməsi ilə bu proses başlanıb. İranın yeni prezidentinin əsas məqsədi qərblə münasibətlərin normallaşmasıdır. İran mətbuatı da gecə-gündüz bilmədən Rusiyanı düşmən elan edir, qərblə yaxınlaşma təbliğatı aparır. ABŞ də uzaqda deyil, Zəngəzur uğrunda mübarizə üçün qonşulugumuzdadır. Görünür, rəsmi Tehran umid edir ki, Zəngəzur mübarizəsini ABŞ qazanarsa, dəhliz ya açılmayacaq, ya da türklər üçün daha ağır şərtlərlə açılacaq. Bütün deyilənlərlə yanaşı, həm hərbi qüdrət həm də tarixi həqiqətlər baxımından bölgədə ən üstün olan dövlətlər Azərbaycan və Türkiyədir. Bu iki Türk dövləti Zəngəzurla bağlı son sözlərini deməyə tələsmirlər. Bakının və Ankaranən hakimiyyət dəhlizlərində bu həyati dərəcədə əhəmiyyətli məsələ ilə bağlı hansı planların qurulduğudan məlumatsızıq. Zaman türklərin xeyirinə işləyir. ABŞ-ni isə təlatümlü zamanlar gözləyir. Ag Ev uğrunda seçkilərə az qalıb... Namiq Bilal